“Neftçi” yenə “Xəzər Lənkəran”ı uda bilmədi
18 mart 2011 20:03 (UTC +04:00)

“Neftçi” yenə “Xəzər Lənkəran”ı uda bilmədi

Lent.az-ın məlumatına görə, turun son oyununda “Xəzər Lənkəran”la “Neftçi” komandaları üz-üzə gəlib.

Lənkəran şəhər mərkəzi stadionunda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. 23-cü dəqiqədə qonaqların braziliyalı legioneri Rodriqinyo uzaq məsafədən qüvvətli zərbə ilə hesabı açıb. Lənkəran komandası buna 89-cu dəqiqədə Culius Vobayın dəqiq penalti zərbəsi ilə cavab verib. Bununla da flaqman cari mövsümdə “Xəzər Lənkəran”la keçirdiyi 5-ci oyununda da qalib gələ bilməyib. Heç-heçəyə baxmayaraq, xallarını 52-yə çatdıran “Neftçi” liderliyini qoruyub. 48 xal toplayan “Xəzər Lənkəran” isə üçüncü pilləyə enib. “Qarabağ”ın da eyni miqdarda xalı olsa da, şəxsi lənkəranlılarla oyunlardakı üstünlüyü (öz meydançasında 0:1, səfərdə 2:1) sayəsində ikinci pilləyə yüksəlib.

Digər oyunlara gəldikdə, ilk “altılıq”da yer alan “İnter”lə “Bakı” arasındakı matçda qalib müəyyənləşməyib. 8-ci dəqiqədə “Bakı”nın oyunçusu Jaba hesabı açsa da, sona 8 dəqiqə qalmış Robertas Poşkus bərabərliyi təmin edib. Maraqlıdır ki, hər iki futbolçunun qışda öz komandalarından kənarlaşdırılma təhlükələri olub. Lakin sonradan onlar bağışlanaraq əsas komandaya qaytarılıblar. Bu nəticədən sonra hər iki klub çempionluq yolunda ciddi zərbə alıb. “İnter” 41 xalla 4-cü, “Bakı” isə 34 xalla 6-cı pillədə qalıb.

Ağdamın “Qarabağ” klubu ardıcıl 9-cu qələbəsini qazanıb. “Qarabağ” Bakıdakı Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda qəbul etdiyi AZAL-ı Georgi Adamiyanın penalti qolu sayəsində yenib. Bununla da baş məşqçi Qurban Qurbanovun komandası xallarını 48-ə çatdırıb və turnir cədvəlində ikinci pilləyə yüksəlib. AZAL isə 39 xalla 5-ci pillədə qalıb.

İkinci “altılıq”dakı matçlar isə daha tez başa çatıb. Bu gün oynanılan qarşılaşmalarda “Turan” Tovuzda MOİK-ə, “Simurq” isə Gəncədə eyniadlı komandaya minimal hesabla qalib gəlib. “Gəncə”nin qapısından topu elə öz futbolçusu Azər Məmmədov keçirib. Üstəlik, son dəqiqələrdə Ceyhun Sultanov ikinci sarı vərəqə ilə meydançadan qovulub. Bu nəticələrdən sonra axırıncı pillədəki MOİK təhlükəsiz zonadan 14 xal geri düşüb.

18 mart (cümə)

“İnter” (Bakı) – “Bakı” - 1:1
Robertas Poşkus, 82 – Jaba, 8

“Turan” (Tovuz) – MOİK (Bakı) – 1:0
Boris Kondev, 29

“Gəncə” – “Simurq” (Zaqatala) – 0:1
Azər Məmmədov, 44-öz qapısına
Qırmızı vərəqə: Ceyhun Sultanov, 86 (“Gəncə”)

“Qarabağ” (Ağdam) – AZAL (Bakı) – 1:0
Georgi Adamiya, 32-penalti ilə

“Xəzər Lənkəran” – “Neftçi” – 1:1
Culius Vobay, 89-penalti ilə - Rodriqinyo, 23

17 mart (cümə axşamı)

“Muğan” (Salyan) – “Qəbələ” – 1:2
Reis Klaudinei, 15 - Milan Antiç, 20. Murad Hüseynov, 80
Qırmızı vərəqə: Nodar Məmmədov, 84 (“Qəbələ”)

Turnir cədvəli:

  

Komanda 

Qollar 

Xallar 

1

Neftçi

24

15

2

42-10

52

2

Qarabağ

24

15

3

6

33-14

48

3

Xəzər Lənkəran

24

14

4

29-14

48

4

İnter

24

12

5

7

25-19

41

5

AZAL

24

10

9

5

28-17

39

6

Bakı

24

9

7

8

29-23

34

 

7

Qəbələ

24

9

8

7

22-16

35

8

Muğan

24

8

6

10

18-26

30

9

Gəncə

24

5

9

10

23-29

24

10

Turan

24

5

6

13

19-35

21

11

Simurq

24

3

6

15

14-37

15

12

MOİK

24

1

4

19

7-49

7



Bombardirlər: Bahodir Nasimov (“Neftçi”) – 15, Georgi Adamiya (“Qarabağ”) – 12, Rauf Əliyev (“Qarabağ”) - 10 qol.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 613

Oxşar yazılar