Bakı derbisində qovulub-qaytarılanlar qol vurdu - YENİLƏNİB
18 mart 2011 18:38 (UTC +04:00)

Bakı derbisində qovulub-qaytarılanlar qol vurdu - YENİLƏNİB

8-ci dəqiqədə “Bakı”nın oyunçusu Jaba hesabı açsa da, sona 8 dəqiqə qalmış Robertas Poşkus bərabərliyi təmin edib. Maraqlıdır ki, hər iki futbolçunun qışda öz komandalarından kənarlaşdırılma təhlükələri olub. Lakin sonradan onlar bağışlanaraq əsas komandaya qaytarılıblar. Bu nəticədən sonra hər iki klub çempionluq yolunda ciddi zərbə alıb. “İnter” 41 xalla 4-cü, “Bakı” isə 34 xalla 6-cı pillədə qalıb.

Ağdamın “Qarabağ” klubu ardıcıl 9-cu qələbəsini qazanıb. “Qarabağ” Bakıdakı Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda qəbul etdiyi AZAL-ı Georgi Adamiyanın penalti qolu sayəsində yenib. Bununla da baş məşqçi Qurban Qurbanovun komandası xallarını 48-ə çatdırıb və turnir cədvəlində ikinci pilləyə yüksəlib. AZAL isə 39 xalla 5-ci pillədə qalıb. Saat 18:00-da başlanan “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşması ilə tura yekun vurulacaq.

İkinci “altılıq”dakı matçlar isə artıq başa çatıb. Bu gün oynanılan qarşılaşmalarda “Turan” Tovuzda MOİK-ə, “Simurq” isə Gəncədə eyniadlı komandaya minimal hesabla qalib gəlib. “Gəncə”nin qapısından topu elə öz futbolçusu Azər Məmmədov keçirib. Üstəlik, son dəqiqələrdə Ceyhun Sultanov ikinci sarı vərəqə ilə meydançadan qovulub. Bu nəticələrdən sonra axırıncı pillədəki MOİK təhlükəsiz zonadan 14 xal geri düşüb.

18 mart (cümə)

“İnter” (Bakı) – “Bakı”

Robertas Poşkus, 82 – Jaba, 8

“Turan” (Tovuz) – MOİK (Bakı) – 1:0
Boris Kondev, 29

“Gəncə” – “Simurq” (Zaqatala) – 0:1
Azər Məmmədov, 44-öz qapısına
Qırmızı vərəqə: Ceyhun Sultanov, 86 (“Gəncə”)

“Qarabağ” (Ağdam) – AZAL (Bakı) – 1:0
Georgi Adamiya, 32-penalti ilə


18:00. “Xəzər Lənkəran” – “Neftçi”
AFFA nümayəndəsi:
Elbrus Abbasov
Hakim-inspektor: Füzuli Nəcəfov
Lənkəran şəhər mərkəzi stadionu
Hakimlər hələ açıqlanmayıb.

17 mart (cümə axşamı)

“Muğan” (Salyan) – “Qəbələ” – 1:2

Reis Klaudinei, 15 - Milan Antiç, 20. Murad Hüseynov, 80
Qırmızı vərəqə: Nodar Məmmədov, 84 (“Qəbələ”)

Turnir cədvəli:


 

Komanda

O

Q

H

M

Qollar

Xallar

1

Neftçi

23

15

6

2

41-9

51

2

Qarabağ

24

15

3

6

33-14

48

3

Xəzər Lənkəran

23

14

5

4

28-13

47

4

İnter

24

12

5

7

25-19

41

5

AZAL

24

10

9

5

28-17

39

6

Bakı

24

9

7

8

29-23

34

7

Qəbələ

24

9

8

7

22-16

35

8

Muğan

24

8

6

10

18-26

30

9

Gəncə

24

5

9

10

23-29

24

10

Turan

24

5

6

13

19-35

21

11

Simurq

24

3

6

15

14-37

15

12

MOİK

24

1

4

19

7-49

7



Bombardirlər: Bahodir Nasimov (“Neftçi”) – 15, Georgi Adamiya (“Qarabağ”) – 12, Rauf Əliyev (“Qarabağ”) - 10 qol.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 641

Oxşar yazılar