Berti Foqts: “Beynəlxalq oyunlarda rəqib özü top vermir” - MÜSAHİBƏ
- Bir neçə gün əvvəl milli komandanın Almaniya və Belçikada keçiriləcək təlim-məşq toplanışı üçün heyətini açıqladınız. Toplanışa dəvət olunan futbolçular barədə ümumi fikirlərinizi bilmək istərdik…
- Milliyə beynəlxalq oyunların tələblərinə uyğun futbolçuların dəvət olunduğunu düşünürəm. Bu oyunçular yaxşı sürətə, zəruri aqressivliyə, təkbətək mübarizələrdə qalib gəlmək arzusuna və taktiki tapşırıqlara əməl etmək bacarığına malikdirlər.
- Maksim Medvedev, Əfran İsmayılov və Elnur Abdullayevin millinin heyətinə cəlb olunmaması nə ilə bağlıdır?
- Ötən ilin oktyabrından Maksimin səhhətində problem var. Mən ona müalicə üçün yaxşı mütəxəssis tapmasını məsləhət görmüş və hətta bunun üçün öz köməyimi də təklif etmişdim. Lakin o və klubu yalnız indi xaricdə müalicə üçün imkan tapıblar. Formaya düşmək üçün ona 4 həftədən 6 həftəyədək vaxt lazım olacaq. Ümid edirəm ki, Maksimi Qazaxıstan və Almaniya yığmalarına qarşı oyunlara dəvət edə biləcəyəm. Əfran 6 aya yaxındır ki, ağır zədə ilə mübarizə aparır. Onu apreldə keçiriləcək təlim-məşq toplanışına və Almaniyadakı tibbi müayinəyə dəvət edəcəyəm. O, əvvəlki formasını bərpa etməlidir. Ümidvaram ki, Əfran Qazaxıstan və Almaniya yığmalarına qarşı oyunlarda bizə kömək edə biləcək. Elnuru Dubayda keçirdiyimiz son təlim-məşq toplanışında, eləcə də “Neftçi” və AZAL-a qarşı oyunlarda izləmişəm. O, məndə əminlik yarada bilmədi. Elnur apreldə keçiriləcək təlim-məşq toplanışına və Almaniyadakı tibbi müayinəyə dəvət ediləcək. O, bilməlidir ki, yarımmüdafiədə çıxış edən futbolçu topsuz da – top rəqibdə olan zaman – çox hərəkət etməli və topu almağa çalışmalıdır. Beynəlxalq oyunlarda rəqib özü top vermir.
- Belçika yığması ilə oyun martın 29-da keçiriləcək. Millinin toplanışı isə martın 19-dan etibarən başlayacaq. Hazırlıq prosesinin belə uzunmüddətli olmasının səbəbi nədir?
- Biz komandanı digər ölkələrlə müqayisədə cəmi 1 gün əvvəl yığırıq. Bu, FİFA və UEFA-nın qaydalarında öz əksini tapıb. Bunun üzərinə yola sərf olunan vaxtı və 3 saatlıq zaman fərqini də gəlmək lazımdır.
- Premyer Liqa çərçivəsində və ölkə kuboku uğrunda keçirilən bir neçə oyunu izlədiniz. Milliyə dəvət olunan və çağırılmağa namizəd futbolçular barədə təəssüratlarınız necədir?
- Mən yalnız hazırda milliyə dəvət olunan futbolçuları gördüm. Bu oyunlarda millinin heyətinə gələcəkdə qoşula biləcək futbolçular görmədim.

520