Çempionlar Liqası: İngiltərə klubları bir-birinə rəqib oldu
18 mart 2011 15:24 (UTC +04:00)

Çempionlar Liqası: İngiltərə klubları bir-birinə rəqib oldu

Lent.az-ın məlumatına görə, İngiltərənin 3 klubundan 2-si – “Çelsi” və “Mançester Yunayted” bir-birinə rəqib olub. Turnirin son qalibi – İtaliya “İnter”i “Bavariya”nı mübarizədən kənarlaşdırdıqdan sonra Almaniyanın daha bir təmsilçisi – “Şalke 04”ü sınağa çəkəcək.


“Real Madrid” (İspaniya) – “Tottenhem” (İngiltərə)

“Çelsi” (İngiltərə) – “Mançester Yunayted” (İngiltərə)

“Barselona” (İspaniya) – “Şaxtyor” (Ukrayna)

“İnter” (İtaliya) – “Şalke 04” (Almaniya)


İlk oyunlar 5-6 apreldə, cavab oyunları isə 12-13 apreldə keçiriləcək. Yarımfinalda isə “İnter” – “Şalke 04” cütünün qalibi “Çelsi” – “Mançester Yunayted” cütünün qalibi ilə, “Real Madrid” – “Tottenhem” cütünün qalibi isə “Barselona” – “Şaxtyor” cütünün qalibi ilə üz-üzə gələcək. Bu mərhələnin qarşılaşmaları isə 26-27 aprel və 3-4 mayda təşkil olunacaq.

Qeyd edək ki, final oyunu mayın 28-də İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 759

Oxşar yazılar