Qiyamçı futbolçular yığmaya qaytarıldı - FOTO
Lent.az-ın məlumatına görə, baş məşqçi Loran Blan yığmadakı sələfi Raymon Domenekə qarşı aksiyaya qoşulan bu iki futbolçunu martın 25-də Lüksemburqla 2012-ci il Avropa çempionatının seçmə qrup matçına və martın 29-da Xorvatiya ilə yoldaşlıq görüşünə dəvət edib.
Onlar Nikolya Anelkanın Domeneklə münaqişəsi nəticəsində yığmadan kənarlaşdırılmasına qarşı çıxmışdılar. Qalmaqalın əsas günahkarı sayılan Evra 5, Riberi 3 oyun diskvalifikasiya edilmişdi. Ümumiyyətlə, millidən 4 futbolçu qovulmuşdu.
Riberi və Evranın cəzası bir müddət öncə başa çatıb. Lakin “Bavariya”lı yarımmüdafiəçi zədə üzündən yığmaya çağırılmırdı. Evranın çıxış etdiyi sol cinah müdafiəçisi mövqeyində isə Erik Abidal və ya Qael Klişi oynayırdı. Lakin Abidal ciyərindən tapılan şişlə əlaqədar bu gün əməliyyat olunacaq.
Evra və Riberini çağırmaqdan imtinanı baş məşqçiyə Fransanın idman naziri Şantal Juanno tövsiyə edib. Lakin Blan hamının yığma ilə bağlı mövqeyinin olduğunu bildirib. Onun fikrincə, müstəqil qərarlar qəbul edə bilməsə, öz işini yerinə yetirməyi bacarmayacaq.
Qapıçılar: Uqo Lyoris (“Lion”), Stiv Mandanda (“Marsel”), Sedrik Karasso (“Bordo”)
Müdafiəçilər: Antoni Reveyer (“Lion”), Qael Klişi, Bakari Sanya, Loran Koselni (hamısı “Arsenal”, İngiltərə), Filipp Mekses (“Roma”, İtaliya), Adil Rami (“Lill”), Mamadu Saho (PSJ), Patris Evra (“Mançester Yunayted”, İngiltərə)
Yarımmüdafiəçilər: Alu Diarra (“Bordo”), Abu Diabi, Samir Nəsri (hər ikisi “Arsenal”, İngiltərə), Yoann Qurküff (“Lion”), Yann MVila (“Renn”), Floran Maluda (“Çelsi”, İngiltərə), Frank Riberi (“Bavariya”, Almaniya)
Hücumçular: Kərim Benzema (“Real Madrid”, İspaniya), Kevin Qameyro (“Loryan”), Giyom Oaro (PSJ), Lua Remi (“Marsel”), Jeremi Menez (“Roma”, İtaliya).

Oxşar yazılar

"Çelsi" Çempionlar Liqasına vəsiqə qazana bilməsə, baş məşqçinin taleyi necə olacaq?
15 may 2025 , 19:20
“Real” 11-ci oyunçusunu itirdi
15 may 2025 , 17:56
İşçilərinə Avropa Liqasının final oyunun biletlərini öz pulu ilə aldı
15 may 2025 , 15:22
“Liverpul” onu "Real"a satmadı
15 may 2025 , 12:34
"Arsenal" bu hücumçu üçün bu qədər ödəməyə hazırdır
15 may 2025 , 09:37
“Real”dan əzmkar qələbə
15 may 2025 , 03:00
İtaliya Kubokunun qalibi "Bolonya" oldu
15 may 2025 , 02:01