“Xəzər Lənkəran” Respublika stadionunda oturacaq quraşdırır
Bu haqda Lent.az-a stadionun direktoru Akif İsmayılov məlumat verib. İsmayılovun sözlərinə görə, 20-21-22-ci sektorlarda sındırılan oturacaqların sayı qədər plastik kreslo onlara göndərilib. AFFA İntizam Komitəsinin martın 7-də çıxardığı qərarda bildirilir ki, “Xəzər Lənkəran” dəymiş zərərə uyğun olaraq, Respublika stadionu rəhbərliyinin təqdim edəcəyi hesab əsasında ödəmə etməlidir. Lakin cənub klubu həmin vəsaiti yox, oturacaqları verməyi münasib sayıb.
İsmayılov “Neftçi” fanatlarının olduğu sektorda da 200-dək oturacağın sındırıldığını bildirib. Paytaxt klubu rəhbərliyi ilə bu barədə söhbət etdiyini deyən stadion direktoru oturacaqların pulunun yaxın günlərdə köçürüləcəyini vurğulayıb. Onun sözlərinə görə, martın 18-də flaqmanın “Xəzər Lənkəran”la səfərdə oynayacağı Unibank Premyer Liqası qarşılaşmasından sonra bu məsələ də həllini tapacaq.
Qeyd edək ki, Respublika stadionunda oturacaqlar baş hakim Anar Salmanovun “Neftçi” lehinə penalti təyin etməsindən sonra “Xəzər Lənkəran” azarkeşləri tərəfindən qırılıb. Sonradan iki komanda azarkeşləri arasında mübahisə yaranıb və bu da “oturacaq davası”na səbəb olub.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

"Çelsi" Çempionlar Liqasına vəsiqə qazana bilməsə, baş məşqçinin taleyi necə olacaq?
15 may 2025 , 19:20
“Real” 11-ci oyunçusunu itirdi
15 may 2025 , 17:56
İşçilərinə Avropa Liqasının final oyunun biletlərini öz pulu ilə aldı
15 may 2025 , 15:22
“Liverpul” onu "Real"a satmadı
15 may 2025 , 12:34
"Arsenal" bu hücumçu üçün bu qədər ödəməyə hazırdır
15 may 2025 , 09:37
“Real”dan əzmkar qələbə
15 may 2025 , 03:00
İtaliya Kubokunun qalibi "Bolonya" oldu
15 may 2025 , 02:01