Çempionlar Liqası: “Real” növbəti mərhələnin bir addımlığında
Lent.az-ın məlumatına görə, Fransadakı heç-heçədən sonra “Real Madrid” “Lion”u Fransada üstələmək niyyətindədir.
İngiltərənin “Çelsi” klubu isə Danimarkada “Kopenhagen” üzərində əldə etdiyi 2:0 hesablı səfər qələbəsindən sonra cavab oyununa tam əminliklə çıxacaq.
“Çelsi” (İngiltərə) – “Kopenhagen” (Danimarka)
Baş hakim: Sveyn Oddvar Moen (Norveç)
İlk oyun - 2:0
Ötən Çempionlar Liqasının 1/8 finalında İtaliya “İnter”inə məğlubiyyət “Çelsi”nin ambisiyalarının üstündən xətt çəkmişdi. İndi “zadəganlar” “Kopenhagen”lə cavab matçında əvvəlki səhvlərini təkrarlamaq niyyətində deyillər. İlk görüşdə londonlular Kopenhagendə 2:0 hesablı qələbəyə seviniblər. Hər iki qolu Nikolya Anelka vurub. “Çelsi” ardıcıl 8-ci mövsümdür ki, 1/8 final həyəcanı yaşayır. Son 7 cəhdin 5-də bu klub ən azı yarımfinaladək irəliləyib. Danimarka çempionu isə 1/8 finala ilk dəfə vəsiqə qazanıb. Avropa Kuboklarında “Çelsi” səfər qələbələrindən sonra 6 dəfə mərhələ adladığı halda, “Kopenhagen” 8 dəfə öz meydançasında uduzub və 7 dəfə növbəti mərhələyə yüksələ bilməyib.
“Real Madrid” (İspaniya) – “Lion” (Fransa)
Baş hakim: Damir Skomina (Sloveniya)
İlk oyun – 1:1
“Real Madrid” klubu özü üçün əlverişsiz olan “Lion”u “Santyaqo Bernabeu”da nəhayət, üstələmək ümidi ilə qəbul edəcək. Fevralın 22-də keçirilmiş ilk qarşılaşmada ispaniyalılar “Jerlan” stadionunda ilk qələbə qazanmağa çox yaxın olublar. Lakin 65-ci dəqiqədə sabiq “Lion”lu Kərim Benzemanın qoluna meydan sahibləri son dəqiqələrdə Bafetimbi Qomisin dəqiq zərbəsi ilə cavab veriblər. “Real Madrid” və “Lion” arasında İspaniya paytaxtında keçirilmiş əvvəlki 3 qarşılaşmanın hamısı heç-heçə ilə nəticələnib. 2010-cu ildə keçirilmiş 1/8 final matçında “Lion” səfərdə 1:1 hesablı heç-heçə əldə edib ki, bu da növbəti mərhələ üçün yetərli olub. İndi baş məşqçi Joze Mourinyonun rəhbərliyi altında “kral klubu” “qara zolağ”a son qoymağa və 2003-2004-cü il mövsümündən sonra ilk dəfə ¼ finala vəsiqə qazanmağa çalışacaq. Ümumiyyətlə, Fransa komandaları ilə oynadığı ev qarşılaşmalarında “Real Madrid” 7 qələbə qazanıb, 3 heç-heçə edib və 1 dəfə uduzub. “Lion” isə İspaniyada cəmi 1 dəfə qalib gəlib, 3 heç-heçə və 4 məğlubiyyət alıb.
Qeyd edək ki, artıq Çempionlar Liqasının ¼ finalına “Mançester Yunayted”, “Tottenhem” (hər ikisi İngiltərə), “Şaxtyor” (Ukrayna), “Şalke 04” (Almaniya), “Barselona” (İspaniya) və “İnter” (İtaliya) komandaları vəsiqə qazanıb.

Oxşar yazılar

"Çelsi" Çempionlar Liqasına vəsiqə qazana bilməsə, baş məşqçinin taleyi necə olacaq?
15 may 2025 , 19:20
“Real” 11-ci oyunçusunu itirdi
15 may 2025 , 17:56
İşçilərinə Avropa Liqasının final oyunun biletlərini öz pulu ilə aldı
15 may 2025 , 15:22
“Liverpul” onu "Real"a satmadı
15 may 2025 , 12:34
"Arsenal" bu hücumçu üçün bu qədər ödəməyə hazırdır
15 may 2025 , 09:37
“Real”dan əzmkar qələbə
15 may 2025 , 03:00
İtaliya Kubokunun qalibi "Bolonya" oldu
15 may 2025 , 02:01