“Azərreyl” Rusiyanın ən məşhur komandasına qalib gəldi
Lent.az-ın məlumatına görə, rəqib Rusiyanın ən məşhur voleybol komandası sayılan “Uraloçka-NTMK” olub.
Bakıdakı “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutan qarşılaşmada “Azərreyl” qalib gəlib – 3:2. İlk setdən 25:22 hesablı üstünlüklə ayrılan təmsilçimiz ikinci setdə eyni hesabla yenilib. Üçüncü setdə baş məşqçi Vüqar Əliyevin komandası üstün olub - 25:21. Ən gərgin oyun dördüncü setə təsadüf edib. “Azərreyl” normal hesab həddindən çıxan seti uduzub – 29:31. Bu səbəbdən, görüşün taleyi “tay-breyk”də həll olunub. Voleybolçularımız 15:13 hesablı qələbə sayəsində görüşün qalibinə çevriliblər. Cavab oyunu martın 19-da Rusiyanın Nijni Tagil şəhərində olacaq.
Qeyd edək ki, “Çağırış Kuboku”nun digər yarımfinal matçında Azərbaycanın daha 2 klubu – “İqtisadçı” ilə “Lokomotiv” üz-üzə gələcək. Martın 16-da “Sərhədçi”də keçiriləcək oyun saat 18:00-da başlanacaq. Cavab görüşü isə martın 20-də elə həmin arenada baş tutacaq.

Oxşar yazılar

"Çelsi" Çempionlar Liqasına vəsiqə qazana bilməsə, baş məşqçinin taleyi necə olacaq?
15 may 2025 , 19:20
“Real” 11-ci oyunçusunu itirdi
15 may 2025 , 17:56
İşçilərinə Avropa Liqasının final oyunun biletlərini öz pulu ilə aldı
15 may 2025 , 15:22
“Liverpul” onu "Real"a satmadı
15 may 2025 , 12:34
"Arsenal" bu hücumçu üçün bu qədər ödəməyə hazırdır
15 may 2025 , 09:37
“Real”dan əzmkar qələbə
15 may 2025 , 03:00
İtaliya Kubokunun qalibi "Bolonya" oldu
15 may 2025 , 02:01