Vaqif Sadıqov: “Mahir Şükürovu Bakıda “Anji” saxlatdırıb”
Sadıqov Lent.az-a bildirib ki, Türkmənistan turniri vaxtı Şükürov zədələnərək iki həftəyədək sıradan çıxıb.
Onun sözlərinə görə, martın 15-də “Anji” Türkiyənin Antalya şəhərinə növbəti təlim-məşq toplantısına yollanıb. Şükürov isə millimizin martın 19-da keçirəcəyi toplanışa çağırılıb: “Bu gün Türkiyəyə yollanaraq, cəmi 4 gündən sonra Bakıya qayıtmaması üçün “Anji” rəhbərliyi qərara alıb ki, Mahir elə Bakıda məşqlərini davam etdirsin”.
Sadıqov millimizin martın 29-da Belçika ilə səfərdə keçirəcəyi 2012-ci il Avropa çempionatının seçmə qrup matçından sonra Şükürovun “Anji”nin düşərgəsinə qoşulacağını əlavə edib: “Əlbəttə, Mahir “Anji”yə qayıdacaq. Hara qayıtmalıdır ki?!” Təcrübəli mütəxəssisin fikrincə, yığmamızın futbolçusu ətrafında heç bir müəmma yoxdur. Şükürov “Anji”nin üzvüdür və ona münasibət lap yaxşıdır.
O, 29 yaşlı müdafiəçinin 4 nömrəli formadan imtina səbəbinə də aydınlıq gətirib: “Mən xırda məsələlərə bu dərəcədə fikir vermirəm. Mahirin özünün dediyini söyləyə bilərəm ki, o, bəlkə də özünü 4 nömrəli formada doğrultmadığını və 40 nömrənin düşərli olacağını düşünərək belə bir addım atdı. Yəqin, belə fikirləşir ki, bəlkə də 4 nömrəli formada yaxşı oyunlarını göstərə bilmir, yeni forma ona düşərli ola bilər. Bu, Şükürovun fikridir. Amma onun özünü doğrultmadığını o adam deyə bilər ki, ilboyu Şükürovun “Anji”dəki çıxışlarını izləyib. Mən isə bunu deyə bilərəm: Mahir millidəki çıxışı ilə özünü doğrultduğunu, Mahir Şükürov olduğunu sübut edib”.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

"Çelsi" Çempionlar Liqasına vəsiqə qazana bilməsə, baş məşqçinin taleyi necə olacaq?
15 may 2025 , 19:20
“Real” 11-ci oyunçusunu itirdi
15 may 2025 , 17:56
İşçilərinə Avropa Liqasının final oyunun biletlərini öz pulu ilə aldı
15 may 2025 , 15:22
“Liverpul” onu "Real"a satmadı
15 may 2025 , 12:34
"Arsenal" bu hücumçu üçün bu qədər ödəməyə hazırdır
15 may 2025 , 09:37
“Real”dan əzmkar qələbə
15 may 2025 , 03:00
İtaliya Kubokunun qalibi "Bolonya" oldu
15 may 2025 , 02:01