Camal Rəhimovun “Platin E”si qalib oldu
15 mart 2011 12:24 (UTC +04:00)

Camal Rəhimovun “Platin E”si qalib oldu

Lent.az-ın məlumatına görə, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkil etdiyi turnirə Turnirdə Azərbaycan, Bolqarıstan, Gürcüstan, Rusiya və Monqolustan idmançıları qatılıb.

Ümumilikdə 10 idmançı və 19 baş atın iştirak etdiyi turnirin ilk günü açılış yarışı, ikinci gün vaxta qarşı yarış və nəhayət, sonuncu gün “Grand Prix – Final” təşkil olunub. Yarışlara Türkiyə və İrandan dəvət olunmuş hakimlər kollegiyası nəzarət edib. Tədbirin ümumi mükafat fondu hər günə 23 000 avro olmaq şərtilə 69 000 avro təşkil edib.

Final mərhələsində Azərbaycan idmançısı Camal Rəhimov “Platin E” ləqəbli atla rəqiblərindən fərqlənərək yarışın qalibi olub. Digər idmançımız Seyid Musayev isə “Nabab de Belou” ləqəbli atla ikinci yeri tutub. Yarışın üçüncüsü də məhz Ursula ləqəbli atla çıxış edən Seyid Musayev olub. Yarışların nəticələrinə uyğun olaraq idmançıların topladığı xallar onların 2012-ci il London Yay Olimpiya Oyunlarına və Dünya Kubokuna vəsiqə əldə etməyinə böyük təsir göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 681

Oxşar yazılar