“L Equipe” nəşrinin nümayəndələri Bakıda
15 mart 2011 10:39 (UTC +04:00)

“L Equipe” nəşrinin nümayəndələri Bakıda

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, məşhur jurnalist Sessile Bantron və fotoqraf Barbara Strobelin məqsədi son bir ildə klub rəhbərliyinin gördüyü iş sayəsində Avropada ad-san qazanan “Neftçi”ni “L Equipe”in jurnal, qəzet və internet saytında işıqlandırmaqdır.

Xüsusilə “Neftçi”nin prezidenti Sadıq Sadıqovun Avropada ilin futbol adamı seçilməsi və flaqmanın yetirməsi Araz Abdullayevin İngiltərənin “Everton” klubuna transfer olunması “L Equipe” nümayəndələrini Bakıya gəlməyə vadar edib. Fransanın ən məşhur nəşri Sadıq Sadıqovdan müsahibə götürəcək, klubda uşaq futbolu üçün görülən işlərdən və Araz Abdullayevin “Everton”a keçidi ilə bağlı məqalələr hazırlayacaq. “L Equipe”in nümayəndələri “Neftçi”nin martın 18-də keçiriləcək “Xəzər Lənkəran”la oyununu izləmək və bu qarşılaşmadan reportaj hazırlamaq üçün Lənkəran şəhərinə də gedəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 670

Oxşar yazılar