“Rauf Mehdiyevə qırmızı vərəqə göstərilməli idi”
14 mart 2011 18:27 (UTC +04:00)

“Rauf Mehdiyevə qırmızı vərəqə göstərilməli idi”

Lent.az-ın məlumatına görə, bunu “Bakı”nın kapitanı Cəmşid Məhərrəmov futbol klubunun rəsmi saytına açıqlamasında deyib. Məhərrəmov “Neftçi” ilə martın 13-də keçirilmiş Unibank Premyer Liqası matçında qapıçı Rauf Mehdiyevin Jabaya qarşı açıq-aşkar kobudluq etdiyini bildirib: “Hakim son ümid folu olaraq Rauf Mehdiyevə qırmızı vərəqə göstərib, “Neftçi”nin qapısına 11 metrlik cərimə zərbəsi təyin etməli idi. Ancaq bu, baş vermədi. Səbəbini oyunun baş hakimi Əfqan Həmzəyevdən soruşmaq lazımdır”.


“Bakı”nın kapitanı yan xətt hakimlərinin də səhvə yol verdiklərini bildirib.


Qeyd edək ki, “Bakı” “Neftçi”yə 0:1 hesabı ilə uduzub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 535

Oxşar yazılar