İdmançılarımız bir yarışda hərəyə 3 qızıl medal qazandı
14 mart 2011 18:05 (UTC +04:00)

İdmançılarımız bir yarışda hərəyə 3 qızıl medal qazandı

Lent.az-ın məlumatına görə, akademik avarçəkənlərin mübarizəsində Azərbaycan, Rusiya və Ukrayna idmançıları mübarizə aparıblar. Onlar 1000 metr və handikap (yürüşə zaman intervalı ilə qoşulma) üsulu ilə 4000 metr məsafələrə yürüşlərdə iştirak ediblər.

Kişilərin 1 nəfərlik qayıqla hər 2 məsafəyə yürüşündə yeniyetmələr arasında ikiqat dünya çempionu Aleksandr Aleksandrov birinci yeri tutub. 2 nəfərlik qoşa avarlı qayıqda Gürcüstan, 2 nəfərlik sükansız qayıqda isə Rusiyadan olan duetlər fərqlənib. 4 nəfərlik qoşa avarlı qayıqla 1000 metr məsafəyə yürüşdə Kamal Xanlarov, Qardaşxan Hüseynli, Fərid Saadov və Nurlan Mahmudov kvartetini keçən olmayıb. Qadınların həm 1000 metr, həm də 4000 metr məsafəyə yürüşlərində Natalya Lyalçuk hamıdan güclü olub.

Kayak və kanoeçilərin mübarizəsində yalnız ölkəmizin kişi və qadın idmançıları mübarizə aparıblar. Kişilər 1 nəfərlik və 2 nəfərlik, qadınlar isə 1 nəfərlik qayıqlarla 1000 metr, 500 metr və 200 metr məsafələrə yürüşlərə qatılıblar. Qadın kayakçıların mübarizəsində Natalya Fikilisova 1 nəfərlik qayıqla hər 3 məsafəni birinci pillədə tamamlayıb. Kişi kayakçıların yarışında Mirnazim Cavadov 500 metr və 200 metr, Rüfət Vəlizadə isə 1000 metr məsafəyə yürüşdə hamıdan birinci olub. 2 nəfərlik qayıqla hər 3 məsafəyə yürüşlərdə isə Yasin Əhmədov – Amil Hüseynli dueti qızıl medal qazanıb.

Kanoeçilərin mübarizəsi isə daha gərgin şəraitdə keçib. 1000 metr məsafəyə 2 nəfərlik qayıqla yürüşdə Avropa çempionları Sergey Bezuqlıy və Maksim Prokopenkodan ibarət duet fərqlənib. 1 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə Andrey Kraytor, 200 metr məsafəyə yürüşdə isə Avropa və dünya çempionu Valentin Demyanenko birinci olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1376

Oxşar yazılar