“Bakı” klubu “Neftçi” ilə oyunun hakimliyini qərəzli adlandırdı
Lent.az-ın məlumatına görə, bu dəfə “Xəzər Lənkəran” deyil, “Bakı” klubu “Neftçi” ilə qarşılaşmanın baş hakimi Əfqan Həmzəyevdən narazı qalıb.
Həmzəyev martın 13-də keçirilmiş XXIII tur matçının 12-ci dəqiqəsində “Neftçi”nin qapıçısı Rauf Mehdiyevin onunla təkbətək çıxan Jabaya qarşı kobudluğunu penalti kimi dəyərləndirməyib. “Bakı”nın rəsmi saytı paytaxt derbisindəki hakimliyin səriştəsiz və qərəzli olduğunu yazıb: “Oyunun baş hakimi Əfqan Həmzəyevin səriştəsizliyi nəticəsində “Bakı” meydançanı 0:1 hesablı məğlubiyyətlə tərk etdi. Baş hakim Əfqan Həmzəyev, onun köməkçiləri Roman Vasilyev və Eldar Nağıbəyovun kobud “səhv”ləri daha yaxşı nəticə əldə etmək arzusunda olan komandamızın qarşısında sipər çəkdi. Oyunun 12-ci dəqiqəsində Əfqan Həmzəyevin gözləri qarşısında baş verən qayda pozuntusuna əks reaksiya verməsi “Bakı”nı bu oyunda tək rəqibə qarşı deyil, həm də qərəzli hakimliyə qarşı oynayacağına bir işarə oldu. Təəssüf ki, komandamızın üstün oyun göstərdiyi qarşılaşmada ən arzuolunmaz pessimist gözləntilər özünü doğrultdu və hakimlər briqadası “Bakı”nın məğlubiyyətində həlledici neqativ rolunu oynadı”.
“Neftçi”nin futbolçusu İqor Mitreski isə mübahisəli epizodda Jabanın simulyasiyaya yol verdiyini iddia edib: “Mənim fikrimcə, həmin epizodda Jabaya sarı vərəqə göstərilməli idi. Çünki videotəkrar zamanı açıq-aşkar görünür ki, Rauf Mehdiyev braziliyalı futbolçuya toxunmayıb”.

764