Arif Əsədov Berti Foqtsu məlumatlandırdı
14 mart 2011 14:26 (UTC +04:00)

Arif Əsədov Berti Foqtsu məlumatlandırdı

41 yaşlı mütəxəssis bildirib ki, Foqts ondan flaqmanın heyətindən yığmaya dəvət olunan Rail Məlikov, Cavid İmamverdiyev, Ruslan Abışov, Ruslan Əmircanov, Cavid Hüseynov, Amit Quluzadə, Araz Abdullayev, eləcə də 21 yaşlılardan ibarət millimizə çağırılan Ruslan Qurbanov, Mirhüseyn Seyidov, Tərlan Quliyev haqqında geniş məlumat alıb. Millimizin baş məşqçisi Əsədovdan əsas komandamıza namizəd futbolçular haqqında fikirlərini öyrənib: “Onun fikirləri də oldu, futbolçuların mövqeləri ilə bağlı öz fikirlərini söylədi. Foqts onların son durumları barədə məlumat aldı. Onunla fikir mübadiləsi zamanı bildirdim ki, mən də heyətimizdə çoxlu gənc yerli futbolçunun yer almasını istərdim. Ancaq komandamızın qarşısında böyük hədəflər qoyulduğu üçün hələlik belə gənc futbolçulara daha çox şans verə bilmirəm. Berti Foqts bu vəziyyəti başa düşdüyünü qeyd etdi”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582

Oxşar yazılar