Berti Foqts Belçika ilə oyuna zədəli futbolçu çağırdı
14 mart 2011 14:08 (UTC +04:00)

Berti Foqts Belçika ilə oyuna zədəli futbolçu çağırdı

Lent.az-ın məlumatına görə, yığmamızın baş məşqçisi Berti Foqts Brüsseldə keçiriləcək oyunun hazırlıq prosesinə 21 futbolçu çağırıb.

Lakin onların sayı 20-yə enə bilər. Çünki Rusiyanın “Anji” klubunun üzvü Mahir Şükürov zədəlidir. Şükürov zədəsi sağalacağı təqdirdə millinin toplanışında iştirak edəcək.

Qapıçılar: Kamran Ağayev (“Xəzər Lənkəran”), Fərhad Vəliyev (“Qarabağ”), Andrey Popoviç (“Abşeron”)

Müdafiəçilər: Rəşad Sadıqov (“Qarabağ”), Saşa Yunisoğlu (“Qəbələ”), Volodimir Levin (“İnter”), Vurğun Hüseynov (“Turan”), Rail Məlikov (“Neftçi”), Cəmşid Məhərrəmov (“Bakı”), Elnur Allahverdiyev (“Xəzər Lənkəran”), Ruslan Abışov (“Neftçi”)

Yarımmüdafiəçilər: Samir Abasov (“Qarabağ”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Aleksandr Çertoqanov (“İnter”), Cavid Hüseynov (“Neftçi”), Mahir Şükürov (“Anji”, Rusiya), Araz Abdullayev (“Neftçi”), Elvin Məmmədov (“Qarabağ”)

Hücumçular: Vüqar Nadirov (“Qarabağ”), Rauf Əliyev (“Qarabağ”), Vaqif Cavadov (“Bakı”).

Qeyd edək ki, oyun öncəsi yığmamız martın 19-dan 26-dək Almaniyanın Veqberq şəhərində, martın 26-dan 29-dək isə Belçikanın Brüssel şəhərində təlim-məşq toplanışı keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604

Oxşar yazılar