Marçello Lippi “Yuventus”a qayıdır
Lent.az-ın yerli nəşrlərə istinadən verdiyi məlumata görə, 62 yaşlı mütəxəssis “Yuventus”a rəhbərlik etməyə namizəddir. Hazırkı baş məşqçi Luici Del Nerinin işi klub rəsmilərini qane etmir. İtaliya çempionatının növbəti turunda “Yuventus” “Çezena”ya uduzsa, Del Neri istefaya göndəriləcək. 28 turdan sonra 41 xalla 7-ci pillədə qərarlaşan Turin komandası lider “Milan”dan 20 xal geri qalır.
Digər tərəfdən, uğursuz nəticələr kollektiv daxilindəki ab-havaya da təsir edib. Komandanın son məşqində müdafiəçi Corcio Kyellini ilə hücumçu Vinçentso Yakvinta dalaşıb. Onların hər ikisi İtaliya yığmasının üzvləridir. Münaqişəyə Kyellininin Yakvintaya qarşı kobud oyunu səbəb olub. Dalaşanları komanda yoldaşları ayırıblar.
Qeyd edək ki, Marçello Lippi 2010-cu il dünya çempionatından sonra işsizdir. O, karyerası ərzində ən böyük uğurlarını İtaliya yığmasında və “Yuventus”da qazanıb. Lippi “Skuadra Adzurra”nın sükanı arxasında 2006-cı ildə dünya çempionluğunu, “Qoca Sinyora”nın baş məşqçi postunda isə 1996-cı ildə Çempionlar Liqası, UEFA Superkuboku və Qitələrarası Kuboku əldə edib.

Oxşar yazılar

Tarixin ən zəngin boksçusu müflis oldu
16 may 2025 , 10:42
"Çelsi" Çempionlar Liqasına vəsiqə qazana bilməsə, baş məşqçinin taleyi necə olacaq?
15 may 2025 , 19:20
“Real” 11-ci oyunçusunu itirdi
15 may 2025 , 17:56
İşçilərinə Avropa Liqasının final oyunun biletlərini öz pulu ilə aldı
15 may 2025 , 15:22
“Liverpul” onu "Real"a satmadı
15 may 2025 , 12:34
"Arsenal" bu hücumçu üçün bu qədər ödəməyə hazırdır
15 may 2025 , 09:37
“Real”dan əzmkar qələbə
15 may 2025 , 03:00