8 boksçumuz qələbə ilə başladı
Lent.az-ın məlumatına görə, yarışda Azərbaycan idmançılarından başqa, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, İran və Gürcüstan komandaları mübarizə aparır.
Yarışın ilk günündə rinqə çıxan həmyerlilərimizdən səkkizi qələbə qazanıb. Böyüklərdən ibarət yığmamızın üzvlərindən Salman Əlizadə (49 kq) və Sadiq Eynullayev (69 kq) rəqiblərini məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıblar. Uzun illər millimizin kapitanı olmuş Emil Məhərrəmov (69 kq) Qazaxıstan təmsilçisi Süleyman Borbukayevə 6:8 hesabı ilə uduzaraq, turnirdən kənarda qalıb.
Gənclər arasında dünya birinciliyinin qalibi Şaban Şahpələngovun (52 kq) bir o qədər də tanınmayan Tural Əhmədova məğlub olması da yarışın sensasiyalarındandır. Rusiya komandasının dünya və Avropa çempionları Andrey Zamkovoy (69 kq) və Yeqor Mexontsev (81 kq) ilk görüşlərini qələbə ilə başa vurublar.

Oxşar yazılar

Zinəddin Zidan "Fənərbaxça"ya gəlir?
16 may 2025 , 14:18
"Barselona"nın oyunundan əvvəl maşın azarkeşləri əzdi - VİDEO
16 may 2025 , 12:20
Tarixin ən zəngin boksçusu müflis oldu
16 may 2025 , 10:42
"Çelsi" Çempionlar Liqasına vəsiqə qazana bilməsə, baş məşqçinin taleyi necə olacaq?
15 may 2025 , 19:20
“Real” 11-ci oyunçusunu itirdi
15 may 2025 , 17:56
İşçilərinə Avropa Liqasının final oyunun biletlərini öz pulu ilə aldı
15 may 2025 , 15:22
“Liverpul” onu "Real"a satmadı
15 may 2025 , 12:34