“Neftçi”nin kapitanı: “Xəzər Lənkəran” indi niyə susur?
Lent.az-ın məlumatına görə, bu fikirləri “Neftçi”nin futbolçusu Rail Məlikov klubun rəsmi saytına açıqlamasında deyib.
Flaqmanın kapitanı NBC Bank Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab matçında baş hakim Vüqal Əliyevin “Xəzər Lənkəran” lehinə qərarlar verdiyini bildirib: “Kubokun ilk oyununda “Xəzər Lənkəran” tərəfi Anar Salmanovun qərəzli idarəçiliyi ilə bağlı böyük səs-küy qaldırdı, etirazını bildirdi. Cavab matçında baş verənlərdən sonra onlar niyə susurlar? Demək ki, baş hakimin idarəçiliyi onları qane etdi. Məgər Lənkəran şəhər stadionunun meydançasında hakimin verdiyi qərarlar "Neftçi" üçün qərəzli deyildi? Hər kəs oyunda diktə edən tərəfin kim olduğunu da gördü”.
Məlikov bildirib ki, 1:1 hesabı ilə nəticələnən oyundan sonra kapitan kimi komandanın üzvlərini soyunub-geyinmə otağında çətinliklə sakitləşdirib: “Onların hamısı hakimin “Neftçi” əleyhinə yönələn idarəçiliyindən çox əsəbi idilər, özlərinə yer tapa bilmirdilər. Belə olmaz axı... Biz hamımız Azərbaycan futbolunun inkişafı üçün çalışırıq”.
Qeyd edək ki, “Neftçi”ni ilk oyunda 4:3 hesabı ilə yenən “Xəzər Lənkəran” cavab matçında 1:1 hesablı heç-heçə edərək yarımfinala yüksəlib.

606