Çempionlar Liqası: “Milan”la “Valensiya” dönüş edə biləcəkmi?
Lent.az-ın məlumatına görə, İngiltərədə “Tottenhem” klubu “Uayt Hart Leyn” stadionunda İtaliya “Milan”ını sınağa çəkəcək.
Londonlular ilk görüşdəki 1:0 hesablı səfər qələbəsinin təsadüfi olmadığını sübuta yetirməyə çalışacaqlar. Almaniya “Şalke 04”ü isə İspaniyada 1:1 hesablı heç-heçədən sonra mübarizəni davam etdirmək üçün yaxşı şansa malikdir.
23:45. “Tottenhem” (İngiltərə) – “Milan” (İtaliya)
Baş hakim: Frank De Blekere (Belçika)
İlk oyun – 1:0
Bu mövsüm “Tottenhem” Çempionlar Liqasındakı rəqiblərini öz meydançasında dalbadal yenib. Baş məşqçi Qari Rednappın komandası bu mövsüm 4 ev oyununun hamısını qələbə ilə başa vurub və qrup lideri kimi mərhələ adlayıb. İlk 1/8 final oyununda isə londonlular “Milan”ı səfərdə minimal hesablı məğlubiyyətə uğradıblar. Ona görə də italiyalıların şanslarını yüksək qiymətləndirmək çətindir. Lakin “rossonyerlər”in baş məşqçisi Massimiliano Alleqri əmindir ki, mübarizəni davam etdirmək imkanları qalır. “Tottenhem” isə “Milan”ı üstələsə, 1961-1962-ci il mövsümündən sonra ilk dəfə ¼ finala yüksələcək. “Qara-qırmızılar” isə sonuncu dəfə 2007-ci ildə ¼ finalda mübarizə aparıblar və yekunda qitənin ən nüfuzlu klub turnirinin qalibi olublar. “Milan”ın heyətində Cennaro Qattuzo cəzalı olduğu üçün oynamayacaq. “Tottenhem”də isə Qaret Beylin zədə üzündən iştirakı sual altındadır.
23:45. “Şalke 04” (Almaniya) – “Valensiya” (İspaniya)
Baş hakim: Yunas Eriksson (İsveç)
İlk oyun – 1:1.
Çempionlar Liqasındakı son ev matçında “Şalke 04” “Barselona”ya minimal hesabla uduzub. İndi isə gelzenkirhenlilər daha yaxşı nəticəyə nail olmağa çalışacaqlar. Onların “Arena Aufşalke”dəki rəqibi isə yenə İspaniya təmsilçisi – “Valensiya” olacaq. Pireneydə keçirilmiş ilk 1/8 final qarşılaşması heç-heçə ilə nəticələnib – 1:1. Bu səbəbdən, səfər heç-heçəsi “Şalke 04”ün ¼ finala vəsiqə qazanmasına yaxşı şanslar yaradır. Lakin almaniyalıların baş məşqçisi Feliks Maqat qolsuz heç-heçə üçün oynamayacaqlarını açıqlayıb: “Bizim üçün “Valensiya” ilə qolsuz heç-heçə çox risklidir. Praktika göstərir ki, belə matçlarda final fitinə yaxınlaşdıqca təzyiq çoxalır. Buna da dözüb-dözməyəcəyini öncədən bilmək olmaz”.
Qeyd edək ki, artıq İspaniyanın “Barselona” və Ukraynanın “Şaxtyor” klubları ¼ finala yüksəlib.

Oxşar yazılar

Zinəddin Zidan "Fənərbaxça"ya gəlir?
16 may 2025 , 14:18
"Barselona"nın oyunundan əvvəl maşın azarkeşləri əzdi - VİDEO
16 may 2025 , 12:20
Tarixin ən zəngin boksçusu müflis oldu
16 may 2025 , 10:42
"Çelsi" Çempionlar Liqasına vəsiqə qazana bilməsə, baş məşqçinin taleyi necə olacaq?
15 may 2025 , 19:20
“Real” 11-ci oyunçusunu itirdi
15 may 2025 , 17:56
İşçilərinə Avropa Liqasının final oyunun biletlərini öz pulu ilə aldı
15 may 2025 , 15:22
“Liverpul” onu "Real"a satmadı
15 may 2025 , 12:34