Çempionlar Liqası və Avropa Liqasında növbəti püşkatmanın tarixi müəyyənləşib
09 mart 2011 11:50 (UTC +04:00)

Çempionlar Liqası və Avropa Liqasında növbəti püşkatmanın tarixi müəyyənləşib

Lent.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 15:00-da başlanacaq mərasimi UEFA baş katibi Canni İnfantino, İngiltərə yığmasının sabiq hücumçusu Qari Lineker və İrlandiya millisinin sabiq yarımmüdafiəçisi Ronni Uilan aparacaq.

Bu mərhələdə komandalar “səpələnmiş” və “səpələnməmişlər” səbətlərinə ayrılmayacaqlar. Eyni ölkənin komandaları da bir-biriləri ilə görüşə biləcəklər.

Çempionlar Liqasında ¼ final mərhələsinin ilk görüşləri 5-6 apreldə, cavab oyunları isə 12-13 apreldə keçiriləcək. Yarımfinal matçları müvafiq olaraq, 26-27 aprel və 3-4 mayda olacaq. Final qarşılaşması mayın 28-də İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda baş tutacaq.

Avropa Liqasında ¼ final matçları aprelin 7-də və 14-də, yarımfinal görüşləri aprelin 28-də və mayın 5-də təşkil ediləcək. Final oyunu isə mayın 18-də İrlandiyanın paytaxtı Dublindəki eyniadlı arenada keçiriləcək.

Qeyd edək ki, Çempionlar Liqasında hələ cəmi 2 ¼ finalçı – “Barselona” (İspaniya) ilə “Şaxtyor” (Ukrayna) məlumdur. Qalan 6 komanda martın 9-da, 15-də və 16-da müəyyənləşəcək. Avropa Liqasında isə 1/8 final mərhələsinin oyunları martın 10-da və 17-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 862

Oxşar yazılar