“Roma” Adrianonu qovdu
09 mart 2011 11:48 (UTC +04:00)

“Roma” Adrianonu qovdu

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 29 yaşlı hücumçu yenə nizam-intizama riayət etmədiyi üçün qovulub.

Braziliya yığmasının sabiq oyunçusu yanvarda əl sınığını müalicə etdirmək üçün vətəninə yollanıb. O, həmin zədəni İtaliya Kubokunda “Latsio” ilə matçda alıb. Lakin “sambaçı” nəzərdə tutulan vaxtda komandasının düşərgəsinə qayıtmayıb.

Qeyd edək ki, Adrianonun “Roma” ilə 2013-cü ilin yayınadək müqaviləsi var idi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 619

Oxşar yazılar