“Neftçi” Vüsal Əliyevdən narazı qaldı
“Neftçi” futbol klubu “Xəzər Lənkəran”la martın 8-də keçirilmiş NBC Bank Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab görüşünün hakim idarəçiliyindən narazı qalıb. Lent.az-ın məlumatına görə, bu barədə flaqmanın baş məşqçisi Arif Əsədov oyun sonrası mətbuat konfransında bildirib.
41 yaşlı mütəxəssisin fikrincə, baş hakim Vüsal Əliyev yanlış qərarları ilə “Neftçi”nin lazımi nəticə qazanmasına imkan verməyib: “Bu gün “Neftçi” öz oyunu ilə nəyə qadir olduğunu göstərdi. Son vaxtlar “Neftçi”yə hakimlərin kömək etdiyi deyilir, amma bu gün hamı tam əksini gördü. Oyuna diktə edən tərəf biz idik. Bunun məntiqi nəticəsi kimi hesabda önə keçdik. Lakin təəssüf ki, baş hakim Vüsal Əliyev yanlış qərarları ilə “Neftçi”nin lazımi nəticəni əldə etməsinə imkan vermədi. Rəqib komanda qolunu baş hakimin təyin etdiyi cərimə zərbəsindən sonra vurdu. Halbuki həmin epizodda qayda pozuntusu yox idi. Bundan başqa, 27-ci dəqiqədə Vüsal Əliyev rəqib futbolçu Adrian Pitə qırmızı vərəqə göstərməli idi. Lakin o, bunu etmədi”.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” matçı heç-heçə ilə nəticələnib – 1:1. İlk oyunda 4:3 hesabı ilə qalib gələn Lənkəran komandası yarımfinala yüksəlib.

442