Azərbaycan yığmasının heyəti açıqlandı
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yığmamızın məşqçilər korpusu hər çəkidə 2 idmançıya şans verəcəklər.
Bundan başqa, turnirdə gənclərdən ibarət millimizin bir sıra aparıcı üzvləri də iştirak edəcək. Əsas yığmamızın baş məşqçisi Yevgeni Kotovu ən çox qayğılandıran çəki dərəcəsi 60 kq-dır. Bu çəkidə son Azərbaycan çempionatının qalibi olmuş Heybətulla Hacəliyev bu yaxınlarda WSB liqasında “Baku Fires”in heyətində çıxış etdiyindən çox güman ki, yarışı buraxacaq. 60 kq-da 2 nömrə hesab olunan Elvin İsayev isə zədəlidir. Hələlik yalnız Ruslan Qasımovun rinqə çıxacağı dəqiqdir, digər boksçunun adını isə məşqçilər son anda açıqlayacaq.
Yığmamızın heyəti:
49 kq: Elvin Məmmişzadə, Salman Əlizadə
52 kq: İlkin Ağayev, Şaban Şahpələngov
56 kq: Rəhim Nəcəfov, Nihat Seyidov
60 kq: Ruslan Qasımov
64 kq: Romal Amanov, Anar Cəfərov
69 kq: Sadiq Eynullayev, Emil Məhərrəmov
75 kq: Rahib Bəylərov, Fərid Ağayev
81 kq: Vətən Hüseynli, Kamran Mehdiyev
91 kq: Teymur Məmmədov, Sərxan Cabbarov
+91 kq: Fərid Paşayev, Elçin İsmayılov
Qeyd edək ki, bu yaxınlarda Bolqarıstanda keçirilmiş beynəlxalq turnirdə bürünc medal qazanmış Tamerlan Abdullayev (64 kq) xəstələndiyindən rinqə çıxa bilməyəcək.
Artıq “Böyük İpək Yolu” turnirində iştirak edəcək bütün komandaların adlarına aydınlıq gəlib. Rusiya Bakıya 2 komanda ilə gələcək. Belə ki, əsas komanda ilə yanaşı Dağıstan boksçuları da bu turnirdə güclərini sınayacaqlar. Bundan başqa, Türkiyə, İran, Özbəkistan, Gürcüstan, Qazaxıstan, və Tacikistan idmançıları da şəhərimizin qonaqları olacaqlar. Şimal qonşumuz Rusiya bu dəfə Bakıya güclü heyətlə təşrif buyuracaq. Heyətdə yer alan boksçuların demək olar ki, hamısı dünya və Avropa çempionlarıdır.
“Böyük İpək Yolu” turnirinin final görüşləri martın 13-də keçiriləcək.

579