Berti Foqts Lənkərana yollanır
07 mart 2011 19:00 (UTC +04:00)

Berti Foqts Lənkərana yollanır

Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Foqts NBC Bank Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində “Xəzər Lənkəran” – “Neftçi” matçını izləyəcək.

Oyun saat 18:00-da, Lənkəran şəhər mərkəzi stadionunda keçiriləcək.

Qeyd edək ki, bu komandalar arasında martın 3-də Bakıda keçirilmiş ilk oyun 4:3 hesabı ilə “Xəzər Lənkəran”ın xeyrinə başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 574

Oxşar yazılar