İlqar Qurbanovun problemini FİFA çözdü
Lent.az-ın məlumatına görə, FİFA 24 yaşlı yarımmüdafiəçiyə qarşı “Mersin İdman Yurdu”nun iddialarını əsassız sayıb.
Ali futbol qurumu gənc oyunçunun “Qarabağ”a keçidində heç bir əngəl olmadığını təsdiqləyib.
Futbolçunun özü Ağdam klubunun rəsmi saytına açıqlamasında məsələnin həll olunmasına sevindiyini söyləyib: “Burada mənim heç bir günahım yox idi. İndi qalır, başımı aşağı salıb hazırlaşmaq. Qarşıda bizi 10 final oyunu gözləyir. Komandada rəqabət böyükdür. Səylə məşqlərə davam edirəm. Baş məşqçimizin mənə verəcəyi şansı gözləyirəm. Mənə verilən şansdan maksimum yararlanmaq istəyirəm”.

664