NBC Bank Azərbaycan Kuboku: Qadınlar günündə 3 oyun
07 mart 2011 14:45 (UTC +04:00)

NBC Bank Azərbaycan Kuboku: Qadınlar günündə 3 oyun

Onlardan biri son illərin ən prinsipial rəqibləri “Xəzər Lənkəran”la “Neftçi” arasında olacaq. Martın 3-də Bakıda keçirilmiş qarşılaşmada Lənkəran komandası 4:3 hesabı ilə qalib gəlsə də, baş məşqçi Mirça Rednik texniki zonadan kənarlaşdırılıb. Bu səbəbdən, Rednik cavab matçını tribunadan izləyəcək.

Qadınlar günündə daha 2 oyun Bakıda təşkil ediləcək. “Şəfa” stadionunda “İnter” “Abşeron”u, Tofiq Bəhramov adına Respublika stadionunda isə “Bakı” “Qəbələ”ni qəbul edəcək. Sonuncu cavab qarşılaşması martın 9-da Tovuzda “Turan” və AZAL arasında baş tutacaq.

8 mart (çərşənbə axşamı)

16:00. “İnter” (Bakı) – “Abşeron”

(ilk oyun: 1:0)
“Şəfa” stadionu.

18:00. “Xəzər Lənkəran” – “Neftçi” (Bakı)
(ilk oyun: 4:3)
Lənkəran şəhər mərkəzi stadionu.

16:00. “Bakı” – “Qəbələ”
(ilk oyun: 0:0)
Tofiq Bəhramov adına Respublika stadionu.

9 mart (çərşənbə)

14:00. “Turan” (Tovuz) – AZAL (Bakı)

(ilk oyun: 0:2)
Tovuz şəhər stadionu.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1183

Oxşar yazılar