İntizam Komitəsindən “Xəzər Lənkəran”ın baş məşqçisinə sərt cəza
07 mart 2011 13:08 (UTC +04:00)

İntizam Komitəsindən “Xəzər Lənkəran”ın baş məşqçisinə sərt cəza

Lent.az-ın məlumatına görə, toplantıda yalnız NBC Bank Azərbaycan Kubokunda “Neftçi” və “Xəzər Lənkəran” arasında martın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş ilk ¼ final matçında baş verənlərə baxılıb.

Ümumilikdə “Xəzər Lənkəran”a 8 min manat, “Neftçi”yə isə 3 min manat cərimə kəsilib. Ən ciddi və qəribə cəza Lənkəran komandasının baş məşqçisi Mirça Rednikə tətbiq olunub. Rednik 77-ci dəqiqədə hakimləri təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq diskvalifikasiyaya, klub isə 5 min manat cəriməyə məruz qalıb. Lakin rumıniyalı mütəxəssisin cəzası yalnız Azərbaycan Kuboku matçlarına şamil ediləcək. Bu isə o deməkdir ki, “Xəzər Lənkəran” finaladək irəliləsə belə, meydançaya baş məşqçisiz çıxacaq. Onun həmin matçda papağını yerə çırpması texniki zonadan kənarlaşdırılmasına səbəb olub.

32-ci dəqiqədə “Xəzər Lənkəran” azarkeşləri yerləşən sektorlarda oturacaqlar sındırılaraq qaçış zolağına atılıb. Bu səbəbdən, cənub klubu daha 2 min manat cərimələnib. Bundan başqa, lənkəranlı azarkeşlərin olduğu 20-21-22-ci sektorlarda 325 ədəd oturacağın sındırıldığı aşkar edilib. Ona görə də “Xəzər Lənkəran” klubu dəymiş zərərə uyğun olaraq Respublika stadionu rəhbərliyinin təqdim edəcəyi hesab əsasında ödəmə etməlidir. “Xəzər Lənkəran” daha min manat cəriməni 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün ödəyəcək.

“Neftçi” isə 27-ci və 70-ci dəqiqələrində azarkeşləri tərəfindən qaçış zolağına yandırıcı maddə (fişəng) atılması səbəbindən 3 min manat cərimələnib.

Qeyd edək ki, “Neftçi” - “Xəzər Lənkəran” matçında qonaqlar qalib gəlib – 4:3.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 530

Oxşar yazılar