3 nazirə medal verildi
05 mart 2011 20:01 (UTC +04:00)

3 nazirə medal verildi

Lent.az-ın məlumatına görə, bu barədə Milli Paralimiya Komitəsinin bu keçirilən 15 illik yubiley mərasimində qurumun prezidenti İlqar Rəhimov məlumat verib.

İ.Rəhimov medala layiq görülən şəxslərin adlarını da açıqlayıb. O bildirib ki, gənclər və idman naziri Azad Rəhimov, keçmiş gənclər, idman və turizm naziri, hazırda isə mədəniyyət və turizm naziri olan Əbülfəs Qarayev, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə mükafata layiq görülüb.

Təntənəli mərasimdə İ.Rəhimov həmin medalları təqdim edib. Tədbirdə nazirlər iştirak etməsə də, medallar həmin nazirliklərin nümayəndələrinə təqdim olunub.

İ.Rəhimov bildirib ki, bu medal ilk dəfə prezident İlham Əliyevə verilib. İkinci dəfə isə Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Filip Kravenə təqdim olunub. Növbəti medallar isə yuxarıda qeyd olunan şəxslərə verilib.

Qeyd edək ki, martın 5-i həm də Azərbaycanda bədən tərbiyəsi və idman günüdür.


Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 819

Oxşar yazılar