Bakıdakı 4 səfir qaçışa qoşuldu
05 mart 2011 19:38 (UTC +04:00)

Bakıdakı 4 səfir qaçışa qoşuldu

Lent.az-ın məlumatına görə, bu münasibətlə idman ictimaiyyətinin nümayəndələri Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.

Daha sonra isə Tofiq Bəhramov adına stadionda idmançıların nümunəvi çıxışları olub. Burada Azərbaycanda fəaliyyət göstərən 4 ölkənin səfirinin də iştirakı ilə qaçış yarışı keçirilib.

Belə ki, stadionda idmançıların göstərdiyi nümunəvi göstərilərdə Azərbaycana akkreditə olunmuş Almaniya, Böyük Britaniya, İsveçrə və Niderland səfirləri də iştirak edib.


Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 550

Oxşar yazılar