“Bizdə Anar Salmanovun rüşvət istədiyi barədə səs yazısı yoxdur” - MÜSAHİBƏ
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun Lent.az-a müsahibəsi
- “Neftçi” – “Xəzər Lənkəran” matçında baş hakim Anar Salmanovun idarəçiliyi qonaq komandanın düşərgəsində narazılıqla qarşılanıb. Bununla bağlı nə deyə bilərsiniz?
- Hələ matçı izləməmişəm. Çünki “Neftçi” ilə “Xəzər Lənkəran”ın oynadığı gün “Qəbələ” – “Bakı” qarşılaşmasının hakim-inspektoru idim. Bakıdakı matç davam etdiyi vaxt mən paytaxta qayıdırdım. Bu gün isə AFFA-nın konfransında iştirak etdim. Konfransdan yenicə çıxmışam. İndi oyunu izləməyə gedirəm.
- “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov baş hakim Anar Salmanov barədə şok ittihamlar səsləndirib. Nadirov Salmanovun Unibank Premyer Liqasında “Muğan”la oyun öncəsi Lənkəran klubu rəsmilərindən rüşvət istədiyini və müvafiq səs yazısını AFFA-ya təqdim etdiklərini bildirib...
- Əgər Anar Salmanov rüşvət istəmişdisə, niyə “Xəzər Lənkəran” rəhbərliyi “Muğan”la oyundan öncə səs yazısını təqdim etmirdi? Gözləyirdilər ki, udsunlar? Bunu xal itirəndən sonra niyə deyirlər?
- Sizdə belə bir səs yazısı var?
- Xeyr. Əgər varsa, gətirsinlər, tədbir görərik. Ümumiyyətlə, “Xəzər Lənkəran” rəsmiləri xal itirdikləri hər oyundan sonra belə danışırlar.
- Amma indiki halda “Xəzər Lənkəran” “Neftçi”ni məğlub edib...
- Görünür, indi baş məşqçi Mirça Rednik texniki zonadan qovulduğu üçün bu cür fikirlər səsləndirirlər.
- Xeyr. “Neftçi” lehinə penalti qərarına etiraz edirlər...
- Yalandan penaltinin olub-olmadığını deyə bilmərəm. Epizodu izlədikdən sonra fikrimi açıqlayaram. Amma mənə elə gəlir ki, Rednikin qovulması onları belə açıqlamalar verməyə sövq edib.
- “Xəzər Lənkəran” demək olar ki, bütün hakimlərin idarəçiliyindən narazıdır. Ötən il Əfqan Həmzəyev, indi isə Anar Salmanova qarşı kəskin ittihamlar səsləndiriblər. FİFA referilərindən yalnız Vüsal Əliyevin idarə etdiyi oyunlar sakit məcrada keçib və heç bir narazılıq olmayıb...
- Vüsal Əliyevdən əlavə, AZAL-la son ev oyununda Fariz Yusifovla da qələbə qazanıblar. Yəqin ki, Yusifovu da istəyirlər. Hansı hakimin idarə etdiyi oyunlarda qələbə qazanıblarsa, onu da istəyirlər. Belə məntiq olar? Dünyanın hansı ölkəsində belə şey var? Nə vaxtadək Anar Salmanov, Əfqan Həmzəyev, Elçin Məmmədovu “Xəzər Lənkəran”ın oyununa verməyəcəyik? Hətta səhv etsələr belə, hakimlər də insandırlar. Onlar da səhv edə bilərlər. Bu, təhlükəli tendensiyadır. Ona görə də Anar Salmanovu “Neftçi – “Xəzər Lənkəran” matçına təyin etdik. Gələcəkdə Elçin Məmmədov da, Əfqan Həmzəyev də “Xəzər Lənkəran”ın oyunlarına təyinat alacaq. Qoy bilsinlər! Heç kimin sifarişi ilə hakim təyinatı aparmayacağıq.
- Yəni, cavab matçına çempionat oyunlarında olduğu kimi, yenə Vüsal Əliyevi göndərəcəksiniz?
- Hələ bilinmir.
- Əfqan Həmzəyev təyin oluna bilər?
- Hər şey mümkündür.
- Cavab oyununun hakimlər üçün təhlükəli olacağını düşünmürsünüz?
- İnanmıram ki, hər hansı təhlükə olsun. Lazımi təhlükəsizlik tədbirləri görüləcək. Lənkəranda hər hansı insidentin olacağını düşünmürəm. Bakıdakı oyuna gəldikdə, başa düşə bilmədim, nəyə görə Tofiq Bəhramov adına Respublika stadionunun oturacaqları matçdan sonra qırıldı? Oyunun gedişində hakimin hansısa qərarına etiraz əlaməti kimi bunu etmək olardı. Matçın “Xəzər Lənkəran”ın qələbəsi ilə başa çatandan sonra oturacaqların qırılmasına nə ehtiyac vardı? Hər halda kubok qarşılaşmasında rəqib meydanında 4 qol vurmaq və oyunu qələbə ilə başa çatdırmağın özü də yaxşı nəticədir.
- Ümumiyyətlə, hakimlərin idarəçilik səviyyəsindən razısınız?
- Əlbəttə, razıyam. Qış fasiləsindən sonra hakimlərimiz oyunları çox yaxşı idarə edib. Mən bunu Hakimlər Komitəsinin sədri kimi demirəm.
- Bəs xaricdən hakimin dəvət olunmasına necə yanaşırsınız?
- Buna ehtiyac görmürəm. Bir dəfə elədilər. 10-dək hakim gəlmişdi. Onlar bir-ikisindən öyrənməli şeylər var idi. Qalanları isə sadəcə, idarə edib gedirdilər. İndi də əcnəbi hakimlər gəlsə, elə olacaq. Bəs kimdən hesabat istəyəcəyik? Öz hakimlərimizi mühakimə edə bilirik. Əcnəbilərin səhvlərinə görə kim cavab verəcək? Digər tərəfdən, dünyanın əksər ölkələrində bu praktikadan imtina ediblər. Halbuki bu, bir ara dəbdə idi. İndi heç kim əcnəbi hakim dəvət etmir. Yalnız ola bilər ki, qarşılıqlı mübadilələr yolu ilə oyunlara əcnəbi hakimlər cəlb olunsun. Amma indi belə praktika yoxdur. Çünki əcnəbi hakim dəvət edən milli federasiyaya UEFA-nın inamı itə bilər. Bu halda həmin ölkənin hakiminə beynəlxalq oyunlara təyinat verməzlər.
- 5 hakimlik sistemə keçidiniz mümkündür?
- Əgər FİFA bu barədə qərar qəbul etsə, biz də keçə bilərik. Problem yoxdur. Amma 5 hakimlik sistemin mənfi və müsbət tərəfləri var. FİFA-nın qərarına əsasən, bu sistem daha 2 il sınaqdan çıxarılacaq. Ona görə də yaxın 2 il ərzində Azərbaycanda 5 hakimlik sistem olmayacaq. Sonradan hansı qərara gəlsələr, ona da əməl edəcəyik.
Elşən MƏMMƏDOV

735