Hafiz Məmmədov: “Vallah, Şefer öz istəyi ilə getdi” – MÜSAHİBƏ
04 mart 2011 17:39 (UTC +04:00)

Hafiz Məmmədov: “Vallah, Şefer öz istəyi ilə getdi” – MÜSAHİBƏ

- “Bakı”nın son oyunları ilə bağlı fikirləriniz necədir?

- Ötən il komanda pis oynadı, ona görə də çox xal itirdi. Amma indiki baş məşqçi Aleksanr Starkova böyük ümidlər bəsləyirik. Demək olar ki, yeni komanda yaradırıq. “Bakı”nın yeni oyununu tapması üçün vaxt lazımdır.

- Vinfrid Şeferin baş məşqçi postundan istefasını necə qarşıladınız?

- Vallah, Şefer öz istəyi ilə getdi. Komandamızın durumu çox çətin idi. İndi yeni komanda qururuq.

- Komandanızın “Qəbələ”yə qarşı keçirdiyi kubokun 1/4 final oyununu bəyəndiniz?

- Oyundan razı qalmadım, amma nəticə qənaətbəxşdir. “Qəbələ” bu mövsüm inamlı oynayır. Bizim komanda isə gündən-günə artırır. Məşqçinin bütün ideyalarını tətbiq etməsi üçün gözləməliyik. Hamımız istəyirik ki, “Bakı” öz qələbələri ilə bizi sevindirsin.

- Jaba və Roşanı bağışlamığınızın səbəbi nədir?

- Onlar təlim-məşq toplanışa öz günahları ucbatından gecikiblər. Problem nəqliyyatla bağlı olub. Yol uzaq olduğundan onlar hazırlıq prosesinə vaxtında çatmamışdılar. Mən onların hər ikisinə böyük ümid bəsləyirəm. Hesab etdim ki, bu futbolçulara şans vermək lazımdır. Həm də onlar üzr istədilər. Gizlətmirəm, Jaba mənim sevimli futbolçumdur. Amma ötən mövsüm o, daha yaxşı oynayırdı.

- “Neftçi” – “Xəzər Lənkəran” oyununu izləyə bildiniz?

- Xeyr. İşimlə əlaqədar ölkə xaricində idim. Amma mənə dedilər ki, gərgin və maraqlı oyun keçib. Hər iki komanda əla oyun nümayiş etdirib. 6 komanda yüksək yerlər uğrunda mübarizəni davam etdirmək hüququ qazanıb. Onların hamısı güclüdür. Böyül rəqabət var. Bilirəm ki, “Bakı” üçün çətin olacaq. Amma hələ heç nə itirilməyib.

- “Bakı” həm ölkə çempionatında, həm də kubokda mübarizəsini davam etdirir. İki cəbhədə vuruşmaq çətin olmayacaq?

- Kubokda şansımız var. Çempionatda “6-lıq” mərhələsi başlayır. Baxaq görək də... Hələ heç nə demək olmaz. Qarşıda 10 oyun var.

- AFFA-nın konfransında legioner limitinə baxılmadı. Bununla bağlı nə deyə bilərdiniz?

- İnşallah, gələn iclaslarda bu məsələyə baxarıq.

- Tunc Avşar “Bakı”nın vitse-prezidenti postunda qalır, yoxsa...

- O, hələ ki fəaliyyətini davam etdirir. Komandaya beynəlxalq məsələlərdə kömək edir.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 938

Oxşar yazılar