Rövnəq Abdullayev: “Stadion üçün 1 milyard dollar real qiymət deyil”
Abdullayev Lent.az-ın bununla bağlı sualını cavablandırarkən, həmin açıqlamanı TOCA tikinti şirkətinin konsepsiya müəllifinin verdiyini söyləyib.
Onun sözlərinə görə, hələ stadionun layihəsinin hazırlanması başa çatmayıb. Həmin layihə yekunlaşdıqdan sonra onun qiymətləndirilməsi aparılacaq. Bunun üçün böyük ekspert qrupu yaradılacaq: “Mən inşaatçı olduğumdan, bu işləri bilirəm. Layihə çıxandan sonra onun ekspertizası aparılır və ehtimal olunan qiyməti çıxarılır. Layihə tenderə verilir və bundan sonra dəqiq qiymət müəyyənləşir”.
AFFA prezidenti stadion inşasının 1 milyard dollara başa gəlməsini qeyri-mümkün sayıb. O, hətta Böyük Şor qəsəbəsində stadion ətrafında infrastrukturun qurulması və neft gölməçələrinin qurudulması ilə birgə bu qədər xərci qeyri-mümkün adlandırıb. “Bütün dünyada stadionların qiymətləri var. Məsələn, “Qalatasaray”ın yeni açılan stadionunda böyük işlər görülüb. Bunun tikintisinə təqribən 400 milyon dollar civarında pul xərclənib. Milli komandamızın Türkiyə yığması ilə yoldaşlıq görüşü keçirdiyi Kayseridəki yeni - “Kadir Has” stadionunun inşaat xərcləri ilə maraqlandım. Bizə dedilər ki, bir oturacağın qiyməti 2000 avrodur. 3000-4000 avroluq da var. Lap böyük stadionlar da mövcuddur və qiymətləri dəyişir. Ancaq 1 milyard dollarlıq stadion – bu, real qiymət deyil. Orada nə göl qurudulması var ki? Sadəcə, həmin sahədə təmizlik işləri görülür”.
Elşən MƏMMƏDOV

893