“Təəssüf ki, Almaniya televiziyası “Neftçi” – “Xəzər Lənkəran” oyununu göstərmədi”  - MÜSAHİBƏ
04 mart 2011 15:45 (UTC +04:00)

“Təəssüf ki, Almaniya televiziyası “Neftçi” – “Xəzər Lənkəran” oyununu göstərmədi” - MÜSAHİBƏ

Lent.az-ın məlumatına görə, almaniyalı mütəxəssis sonuncu dəfə fevralın 9-da yığmamızla birgə olub.

O, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində millimizin Macarıstanla keçirdiyi yoldaşlıq görüşünün ardından vətəninə yollanıb. AFFA-nın konfransında da iştirak etmiş Foqts jurnalistlərin suallarını cavablandırıb:

- Belçika ilə martın 29-da nəzərdə tutulan səfər oyunu öncəsi hansı işləri görəcəksiniz?

- AFFA-nın prezidenti və baş katibi ilə görüşüb söhbətlər aparacağıq. Bəzi klubların rəhbərliyi ilə də görüşəcəyik. Həmçinin çempionat və kubok oyunlarını izləyəcəyəm. Martın 19-u isə komandanı bir yerə toplayıb Belçika ilə 2012-ci il Avropa çempionatının seçmə qrup oyununun hazırlıqlarına başlayacağıq.

- Legioner limitinin azaldılması ilə bağlı bir tələbiniz yoxdur?

- Mən AFFA-ya bir müddət öncə öz konsepsiyamı təqdim etmişəm. Həmişə demişəm ki, Azərbaycanda yerli və gənc oyunçulara şans vermək lazımdır. Futbolun gələcəyi gənc oyunçulardan asılıdır. Bu konsepsiya artıq bir neçə vaxtdır ki, AFFA rəhbərliyində var.

- Belçikaya qarşı oyunda heyətə yeni futbolçular cəlb edəcəksinizmi?

- Kimi nəzərdə tutursunuz? Yığmaya layiq olan futbolçulardan kimi tanıyırsınız?

- Məsələn Elnur Abdullayev...

- Mən onu ötən təlim-məşq toplanışında izlədim. Amma razı qalmadım. Siz onun ayağında top olanda necə hərəkət etdiyinə baxmayın. Siz onun top rəqibdə olarkən hərəkətlərinə də fikir verin.

- NBC Bank Azərbaycan Kubokunda “Neftçi” – “Xəzər Lənkəran” oyununa baxdınız?

- Təəssüflər olsun ki, Almaniya televiziyası bu oyunu göstərmirdi. Həmin vaxt təyyarədə idim və Bakıya gəlirdim. Amma martın 8-də keçiriləcək cavab oyununu izləyəcəyəm və ona uyğun qərarlar da verəcəyəm.

- Belçika ilə oyun öncəsi yoldaşlıq görüşü keçiriləcəkmi?

- Xeyr, buna vaxtımız olmayacaq.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 678

Oxşar yazılar