“Xəzər Lənkəran” “Neftçi”yə 4 qol vurdu
Lent.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş görüş kifayət qədər məhsuldar alınıb.
Daha üstün oyun sərgiləyən “Xəzər Lənkəran” 4:3 hesabı ilə qalib gələrək, martın 8-də oynanılacaq cavab qarşılaşması üçün böyük üstünlük əldə edib. Qələbəyə baxmayaraq, qonaq komanda baş hakim Anar Salmanovun idarəçiliyindən xeyli narazı qalıb. Azarkeşlər Lənkəran klubunun qapısına penalti təyin olunduğu epizodda qəzəblərini tribunalardakı oturacaqlardan çıxıblar. Nəticədə 250-dən çox plastik kreslo sındırılıb. Baş məşqçi Mirça Rednik isə Salmanova narazılıq bildirdiyi üçün oyunun sonlarında texniki zonadan uzaqlaşdırılaraq tribunaya göndərilib.
Matçdan sonra keçirilmiş mətbuat konfransında Rednik 11 deyil, 14 futbolçuya qarşı mübarizə apardıqlarını bildirib: “Axı niyə biz həmişə “Neftçi” ilə sanki 11 yox, 14 nəfərə qarşı oynayırıq. Hakim bizim qapımıza penalti təyin edirsə, niyə bəs gözunun qabağında Flavinyo Kamranı dirsəyi ilə vuranda, yaxud Elnur Abdullayevə qarşı kobudluq olanda oyunu dayandırmadı?! O, özünü görməzliyə vurdu”. Həmçinin rumıniyalı mütəxəssis meydançadan kənarlaşdırılmasını da anlaşılmazlıq hesab edib: “Mən hakimə narazılığımı bildirməmişəm ki, o məni qovsun. Mən sadəcə əsəbimdən papağımı yerə atdım və buna görə hakim məni meydandan uzaqlaşdırdı”.
Öz növbəsində “Neftçi”nin baş məşqçisi Arif Əsədov bildirib ki, komandası bu gün meydanda fərqli iki hissə keçirib. O qeyd edib ki, xüsusilə “Neftçi”nin ikinci hissədəki oyunundan razı qalıb. “Biz məğlub olduq, lakin kubok oyunu iki görüşdən ibarətdir. Odur ki, hələ bir oyunumuz qabaqdadır”.
3 mart
“Neftçi” (Bakı) – “Xəzər Lənkəran” - 3:4
Flavinyo, 31-penalti ilə; 63. Slavço Georgiyevski, 70 - Uinston Parks, 12. Manuel Skarlatake, 36. Culius Vobay, 45+2. Andrey Mureşan, 60
“Abşeron” (Bakı) – “İnter” (Bakı) - 0:1
Girt Karlson, 79
“Qəbələ” – “Bakı” - 0:0
2 mart
AZAL (Bakı) – “Turan” (Tovuz) – 2:0
Qvidas Yuşka, 39. Nuqzar Kvirtiya, 43.
Cavab görüşlərindən “Turan” – AZAL matçı martın 9-da, qalanları isə bir gün tez keçiriləcək.

481