Azərbaycan komandası məşhur boksçu ilə anlaşdı
03 mart 2011 19:41 (UTC +04:00)

Azərbaycan komandası məşhur boksçu ilə anlaşdı

Lent.az-ın məlumatına görə, bu barədə “AllBoxing”ə klubun idman meneceri və baş məşqçisi Həmzət Ağayev məlumat verib.

Artıq məşqlərə başlayan Xaritonov yeni komandasında martın 19-da debüt edəcək. Həmin gün “Baku Fires” WSB (Ümumdünya Boks Seriyası) Liqasında Çinin “Beijing Dragons” klubu ilə üz-üzə gələcək. Xaritonov ağır çəkidə yarışacaq.

Qeyd edək ki, Sergey Xaritonov beynəlxalq dərəcəli idman ustası və Rusiya çempionatının gümüş mükafatçısıdır. O, fevralın 13-də UFC (Əsas Döyüş Çempionatı) üzrə sabiq çempion Andrey Arlovskini nokautla yenib və “Strikeforce” turnirinin yarımfinalına çıxıb. Xaritonov əlbəyaxa döyüş, sambo, döyüş sambosu, kikboksinq, pankration üzrə turnirlərin dəfələrlə qalibi və mükafatçısıdır. Rusiyalı idmançı 2003-cü ildə Tacikistan yığmasının heyətində yer alıb. O, 2004-cü il Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq istəsə də, Asiya seçmə turnirinin finalında sifətindən qan açıldığı üçün mübarizədən kənarlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 724

Oxşar yazılar