Qvardiola xəstəxanaya yerləşdirildi
03 mart 2011 17:37 (UTC +04:00)

Qvardiola xəstəxanaya yerləşdirildi

Lent.az-ın məlumatına görə, tanınmış mütəxəssis son zamanlar onu narahat edən çiynindəki zədələrlə əlaqədar həkimlərə müraciət edib.

Onun nə vaxt xəstəxanadan buraxılacağı məlum deyil. Köməkçisi Tito Vilanova Qvardiolanın oyunun sonunadək çətinliklə dözə bildiyini söyləyib. Buna görə də 40 yaşlı mütəxəssisin matçdan sonrakı mətbuat konfransı baş tutmayıb. Çiynindəki zədə üzündən Qvardiola “Barselona”nın son bir neçə məşqini buraxıb. Məşğələləri Vilanova aparıb.

Qvardiolanın “Valensiya”ya qarşı səfər matçına yollanması uzun müddət sual altında olub. Lakin sonda baş məşqçi komanda ilə getməyi qərara alıb. Görüş isə “Barselona”nın qələbəsi ilə nəticələnib. Yeganə topu Lionel Messi vurub.

Hazırda Kataloniya klubu İspaniya çempionatında liderdir. “Barsa” ən yaxın rəqibi “Real Madrid”i 10 xal qabaqlayır. Lakin “kral klubu” martın 3-də “Malaqa” ilə keçirəcəyi oyunda xal fərqini azalda bilər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 502

Oxşar yazılar