Azərbaycan klubu Avropa kubokunun finalında!
03 mart 2011 12:13 (UTC +04:00)

Azərbaycan klubu Avropa kubokunun finalında!

Lent.az-ın məlumatına görə, “Lokomotiv”in ardından “İqtisadçı” və “Azərreyl” də ¼ final mərhələsini uğurla dəf edib.

“İqtisadçı” Bakıda 3:0 hesabı ilə yendiyi “Kralovo Pole”yə Çexiyada da qalib gəlib – 3:2 (23:25, 19:25, 25:14, 25:22, 15:10). “Azərreyl” isə Finlandiyada 3:2 hesablı məğlubiyyətə uğratdığı “LP Salo”nu Bakıda darmadağın edib – 3:0 (25:20, 25:20, 25:16).

Yarımfinalda “İqtisadçı” “Lokomotiv”lə, “Azərreyl” isə Rusiyanın “Uraloçka-NTMK” komandası ilə üz-üzə gələcək. İlk oyunlar 15-16 martda, cavab görüşləri isə 19-20 martda olacaq. Görüşlərin nəticəsindən asılı olmayaraq, Azərbaycanın ən azı 1 klubu “Çağırış” Kubokunun finalında oynayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 455

Oxşar yazılar