NBC Bank Azərbaycan Kuboku: AZAL “Turan”a qalib gəldi
02 mart 2011 18:55 (UTC +04:00)

NBC Bank Azərbaycan Kuboku: AZAL “Turan”a qalib gəldi

“Şəfa” stadionunda keçirilmiş qarşılaşma “təyyarəçilər”in qələbəsi ilə yekunlaşıb – 2:0. 39-cu dəqiqədə Qvidas Yuşka hesabı açıb. Bundan 4 dəqiqə sonra isə Nuqzar Kvirtiya yekun nəticəni müəyyənləşdirib. Cavab oyunu martın 9-da Tovuzda olacaq.

¼ final mərhələsinin qalan 3 matçı isə martın 3-də baş tutacaq:

14:00. “Abşeron” (Bakı) – “İnter” (Bakı)

Hakimlər: Əfqan Həmzəyev, Roman Vasilyev, İsgəndər Əliyev, Vüsal Əliyev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Səfər Haşımov
“Şəfa” stadionu.

14:00. “Qəbələ” – “Bakı”
Hakimlər: Rövşən Əhmədov, Vaqif Musayev, Mehman Mahmudov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Xaqani Məmmədov
Qəbələ şəhər stadionu.

18:00. “Neftçi” (Bakı) – “Xəzər Lənkəran”
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Eldar Nağıbəyov, Elçin Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Murad Məmmədov
Tofiq Bəhramov adına Respublika Stadionu.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552

Oxşar yazılar