Bayquş öldü...
Kolumbiyanın “Deportivo Pereyra” klubunun futbolçusu Luis Morenonun “Atletiko Junior” komandası ilə matç zamanı təpiklədiyi bayquş klinikada ölüb. Lent.az-ın məlumatına görə, panamalı müdafiəçi Kolumbiya Futbol Assosiasiyası tərəfindən cərimələnə və ya diskvalifikasiya edilə bilər.
Bayquş “Atletiko Junior”un talismanı olub. Bu səbəbdən, klubun təmsil olunduğu Barrankilya şəhər rəhbərliyi Morenoya qarşı sərt cəzanın verilməsini tələb edir. Bu məqsədlə futbolçunun heyvanlara qəddar davranışına dair məlumatlar toplanılır. Onu bayquşun müalicə xərclərinin ödənilməsi və ya zooparkda iş kimi ictimai-faydalı əməyə cəlb olunması kimi cəzalar gözləyir.
Morenonun özü isə ailəsinə görə narahatlıq içindədir. Çünki yerli sakinlər onun əleyhinə yönəliblər və futbolçunu qatil adlandırıblar.
Qeyd edək ki, bayquş sağ pəncəsi də olmaqla, kiçik xəsarət alıb. Lakin o, şokdan ölüb. Quşdan müqəvva düzəldiləcək və yaşadığı stadionun muzeyində qoyulacaq.

1209