Avropa çempionatının biletləri “uçur”
02 mart 2011 20:03 (UTC +04:00)

Avropa çempionatının biletləri “uçur”

Lent.az-ın məlumatına görə, ərizə qəbuluna martın 1-də Bakı vaxtı ilə saat 19:00-dan etibarən UEFA-nın rəsmi saytında başlanılıb.

Proses 31 mart 2011-ci ilədək davam edəcək. Ardından bilet satışına başlanılacaq. Ən populyar matçlara baxmaq arzusunda olanlar lotereyada iştirak etməlidirlər. Bir biletin qiyməti tribunalardakı yerlərdən və matçın əhəmiyyətindən asılı olaraq, 30 avrodan 600 avroyadək dəyişəcək.

Təşkilat Komitəsindən bildiriblər ki, satışa çıxarılan 1,4 milyon biletin 85 faizi futbol azarkeşlərinə satılacaq. Qalanları isə xüsusi qonaqlara, sponsorlara, UEFA məmurlarına və iştirakçı ölkələrin futbol assosiasiyalarına paylanılacaq.

Qeyd edək ki, Avropa çempionatı Ukraynanın Kiyev, Donetsk, Xarkov, Lvov, eləcə də Polşanın Varşava, Vrotslav, Qdansk və Poznan şəhərlərində təşkil olunacaq. Açılış oyunu iyunun 8-də Varşavada, final matçı isə iyulun 1-də Kiyevdə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 433

Oxşar yazılar