“Neftçi” – “Xəzər Lənkəran” matçını “Lider” TV yayımlamayacaq
02 mart 2011 13:24 (UTC +04:00)

“Neftçi” – “Xəzər Lənkəran” matçını “Lider” TV yayımlamayacaq

Bu haqda Lent.az-a flaqmanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu məlumat verib.

Əşrəfoğlu Unibank Premyer Liqası matçlarından fərqli olaraq, ölkə kubokundakı ev oyunlarının “Lider” TV-yə deyil, AzTV-yə verilməsinin səbəbini belə izah edib: “Biz bu telekanalın digər sahələr kimi, idmana da isti münasibətindən, həmçinin apardıqları reportajların keyfiyyətindən məmnunuq. Ona görə də başda Şirkət rəhbəri Ədalət Əliyev olmaqla, telekanalın İdman Departamentinin hər bir əməkdaşına minnətdarıq. Ölkə kubokundakı ev oyunlarımızın yayım hüququnu isə AzTV-yə verməyi qərara aldıq. Bu seçimimizdə isə şirkət nəzdində “İdman Azərbaycan” telekanalının olması və oradakı personalın da peşəkarlığını, eləcə də şirkətin rəhbəri Arif Alışanovun idmana xüsusi diqqət və qayğısını nəzərə aldıq. Ümid edirik ki, bu, AzTV vasitəsilə yayımlanacaq son kubok matçımız olmayacaq və əməkdaşlığımız daha da inkişaf edəcək”.

Klub rəsmisi, həmçinin bildirib ki, “Neftçi”nin mövsümün sonunadək öz meydançasında keçirəcəyi çempionat oyunlarını isə yenə “Lider” TV göstərəcək.

Qeyd edək ki, “Neftçi” – “Xəzər Lənkəran” matçı fevralın 3-də saat 18:00-dan etibarən AzTV ilə canlı yayımlanacaq.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 863

Oxşar yazılar