“Neftçi” – “Xəzər Lənkəran” matçı öncəsi vida
02 mart 2011 12:40 (UTC +04:00)

“Neftçi” – “Xəzər Lənkəran” matçı öncəsi vida

Futbolçu karyerasını başa vurduğunu hələ 2010-cu il noyabrın 18-də ilk dəfə Lent.az-a açıqlayan Quliyev yaşıl meydanlara sabah rəsmən “əlvida” deyəcək.

Mərasim “Neftçi” klubu rəhbərliyinin təşəbbüsü ilə təşkil olunacaq. Oyun öncəsi flaqmanın formasında Tofiq Bəhramov adına Respublika stadionunun meydançasına daxil olacaq futbolçuya xatirə hədiyyələri təqdim ediləcək. “Neftçi” – “Xəzər Lənkəran” qarşılaşmasından öncə topa ilk zərbəni məhz o vuracaq.

Qeyd edək ki, 1976-cı ildə dünyaya gələn Kamal Quliyev Sumqayıt futbol məktəbinin yetirməsidir. O, ölkə çempionatında “Neftçi”nin heyətində 1997/1998-ci il mövsümündə debüt edib. İlk mövsümdə 19 oyunda çıxış edən futbolçu 2 dəfə fərqlənə bilib. Həmçinin, həmin mövsüm Quliyev 5 dəfə ölkə kuboku çərçivəsində “ağ-qara” formanı geyib. Futbolçu müvafiq olaraq 1998/1999-cu il (36 oyun, 6 qol); 1999/2000-ci il ( 25 oyun, 6 qol); 2000/2001-ci il (26 oyun, 8 qol) və 2001/2002-ci il ( 24 oyun, 2 qol) mövsümlərində üst-üstə 135 oyunda iştirak edərək, rəqib qapılarından 24 qol keçirib. O, “Neftçi”nin heyətində 1999 və 2000-ci illərdə bürünc, 2001-ci ildə isə gümüş medal qazanıb. Həmçinin Quliyev 1999-cu ildə ölkə kubokunun qalibi olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 896

Oxşar yazılar