Azərbaycan komandası Avropa kubokunun yarımfinalında
Lent.az-ın məlumatına görə, komandamız ¼ final mərhələsinin cavab görüşünü Almaniya “Şveriner”i üzərində 3:2 hesablı səfər qələbəsi ilə başa vurub.
“Lokomotiv” birinci və üçüncü setlərdə böyük fərqlə uduzub – 17:25, 16:25. Bununla belə, təmsilçimiz ikinci və dördüncü setlərdə 25:23 hesablı üstünlük əldə edərək, matçın taleyini “tay-breyk”ə daşıyıb. Həlledici setdə 16:14 hesabı ilə qalib gələn baş məşqçi Draqutin Baltiçin komandası daha bir mərhələ adlayıb.
“Lokomotiv”in yarımfinaldakı rəqibi bu gün müəyyənləşəcək. Bakının “İqtisadçı” klubu Çexiyada “Kralove Pole” ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Fevralın 23-də Bakıda keçirilmiş qarşılaşmada “İqtisadçı” 3:0 hesabı ilə qalib gəlib. Ona görə də növbəti mərhələdə Azərbaycanın iki komandasının üz-üzə gəlməsi tam realdır. Bu halda komandalarımızdan ən azı biri finalda çıxış etmək hüququ qazanacaq.
Amma ölkəmizin daha bir təmsilçisi “Azərreyl” də həlledici qarşılaşmada iştirak şanslarına malikdir. Bunun üçün baş məşqçi Vüqar Əliyevin komandası əvvəlcə martın 2-də Bakıda “LP Salo” (Finlandiya) klubunu üstələməlidir. “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək görüş saat 18:00-da başlanacaq. İlk oyunda “Azərreyl” 3:2 hesablı qələbə qazanıb. Yarımfinala vəsiqə qazanacağı halda, təmsilçimiz “Uraloçka-NTMK” (Rusiya) – “Oksidos” (İspaniya) matçının qalibi ilə üz-üzə gələcək.

516