“Rubin” Kakanı alacaqları barədə xəbəri sayıqlama adlandırdı
01 mart 2011 23:12 (UTC +04:00)

“Rubin” Kakanı alacaqları barədə xəbəri sayıqlama adlandırdı

Lent.az-ın məlumatına görə, Kazan komandasının mətbuat katibi Maksim Lopuxov “Marca” qəzetinin yazdığını sayıqlama adlandırıb.

Lopuxov belə yazılara inanmamağı məsləhət görüb. Onun fikrincə, məlumatı yayan mətbu orqan nüfuzlu nəşr yox, tipik tabloiddir.

Qeyd edək ki, “Marca” qəzeti “Rubin”in Kakaya istənilən əmək haqqı ödəməyə hazır olduğunu yazıb. Hazırda braziliyalı yarımmüdafiəçi “kral klubu”nda ilinə 10 milyon avro qazanır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 489

Oxşar yazılar