“Yuventus” Arşavini alır
01 mart 2011 19:55 (UTC +04:00)

“Yuventus” Arşavini alır

Lent.az-ın “tribaltfootball.com”a istinadən verdiyi məlumata görə, Rusiya yığmasının forvardı 2011-ci ilin yayında Turinə yollana bilər.

“Arsenal” 2011-2012-ci il mövsümünün sonunadək müqaviləsi olan Arşavinin satışından 16 milyon avro qazanmaq niyyətindədir. “Yuventus” daxilindəki mənbə bildirib ki, 30 yaşlı hücumçunun əvəzinə hazırda icarə əsasında çıxış edən Fabio Kvalyarella və Alessandro Matrinin müqavilələrinin almaq ideyasından imtina etmələri tam mümkündür.

Artıq Andrey Arşavinin agenti Dennis Laxterin İtaliya klubu ilə danışıqlara başladığı bildirilir. Müqavilənin hansı müddətə bağlanılacağı məlum deyil.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 520

Oxşar yazılar