Bayquşa bir təpik...
Lent.az-ın “Colombia Reports”a istinadən verdiyi məlumata görə, insident Barrankilya şəhər stadionunda baş verib.
Hakim qapı qarşısında quşun olduğunu görərək, onun meydançadan kənara çıxarılması üçün oyunu dayandırmaq istəyib. Lakin onun qərarını gözləməyən Moreno bayquşa yaxınlaşıb və təpiklə qüvvətli zərbə vurub. Zərbənin gücündən quş 3 metr uzağa uçub. Stadionda toplaşan azarkeşlər 29 yaşlı panamalı legioneri fitə basıblar. “Atletiko”nun oyunçuları isə quşu təpikləməyin səbəbini futbolçunun özü ilə aydınlaşdırmaq istəyiblər.
Hadisədən sonra veterinar xidmətin mütəxəssisləri bayquşu götürərək, karton qutuya qoyublar və müayinəyə aparıblar. Quşun tezliklə sağalacağı gözlənilir. Ona dərman veriblər və özünü yaxşı hiss edir. Baxmayaraq ki, hələ şokdan ayılmayıb. Bundan əlavə, bayquşun daxili orqanlarından xəsarət aldığı müəyyənləşib. Lakin mütəxəssislər onun sağalacağını bildiriblər.
“Deportivo”nun oyunçusuna isə heç bir ittiham irəli sürülməyəcək. Çünki Kolumbiya qanunlarına əsasən, heyvanlara zərər yetirəni cəzalandırmırlar. Digər tərəfdən, Moreno fanatlardan üzr istəyib. O bildirib ki, quşu uçub-uçmadığını öyrənmək üçün təpikləyib. Bununla belə, yerli zooloqlar futbolçunun hərəkətinə kəskin reaksiya veriblər. Onlar futbol klubunu futbolçuya intizam sanksiyası tətbiq etməyə çağırıblar.
Qeyd edək ki, bayquş “Atletiko”nun talismanı sayılır.

1446