“Qalatasaray” “Neftçi” ilə oynayacağını rəsmən təsdiqlədi
01 mart 2011 15:56 (UTC +04:00)

“Qalatasaray” “Neftçi” ilə oynayacağını rəsmən təsdiqlədi

Lent.az-ın flaqmanın saytına istinadən verdiyi məlumata görə, sazişdə bir çox vacib bənd yer alıb.

İkitərəfli müqaviləyə əsasən, 2011/2012-ci ildə “Neftçi” ilə “Qalatasaray” yoldaşlıq görüşlərində üz-üzə gələcək. “Neftçi”nin gənc futbolçuları da bu sazişdən yararlana biləcəklər. Flaqmanın müxtəlif yaş qruplarında yer alan istedadlı gənc futbolçuları bundan sonra Türkiyə təmsilçisinin düşərgəsində məşq edərək, təcrübələrini artıra biləcəklər.

“Neftçi”nin məşqçilər korpusunda yer alan mütəxəssislər isə “Qalatasaray”ın məşqlərini izləmək imkanı əldə edəcəklər. Həmçinin, İstanbul klubu ölkəmizdə “Qalatasaray” futbol məktəbi açmağı planlaşdırır. Bu məktəbin Azərbaycanda yeganə brendi “Neftçi” olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 757

Oxşar yazılar