Yenə “Xəzər Lənkəran”, yenə Ramal Hüseynov, yenə yad əşya
01 mart 2011 14:29 (UTC +04:00)

Yenə “Xəzər Lənkəran”, yenə Ramal Hüseynov, yenə yad əşya

Lent.az-ın məlumatına görə, toplantıda Unibank Premyer Liqası klubları və futbolçularına bir sıra cəzalar kəsilib.

XXII tur çərçivəsində “Bakı” ilə matçda 4 futbolçusu sarı vərəqə alan AZAL klubu 1000 manat cərimələnib. “Qəbələ” ilə matçın 41-ci dəqiqəsində “Gəncə”nin oyunçusu Ramal Hüseynov hakimin qərarı ilə razılaşmadığına görə birbaşa qırmızı vərəqə alıb. İntizamsız davranışları ilə ad çıxarmış futbolçuya 1 oyunluq cəza, klubuna isə 200 manat cərimə kəsilib.

“İnter”lə qarşılaşmanın 61-ci dəqiqəsində “Xəzər Lənkəran” azarkeşləri tərəfindən meydançaya kənar əşya atılıb. Onlar həm də “Şəfa” stadionunun 15 oturacağını sındırıblar. Kənar əşyalar Lənkəran klubunu 2000 manat ziyana salıb. Oturacaqların haqqı isə “İnter” klubunun təqdim edəcəyi hesab əsasında ödəniləcək. 81-ci dəqiqədə “Xəzər Lənkəran”ın məşqçisi Mihay Teja texniki zona qaydalarını pozub. O, 1 oyunluq cəzalanıb, klubu isə 1000 manat cərimə olunub.

Qeyd edək ki, “Xəzər Lənkəran” azarkeşləri dəfələrlə meydançaya yad əşyalar ataraq, klubu ziyana salıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 619

Oxşar yazılar