İrandan London olimpiadasının loqotipinə etiraz
Lent.az-ın “İSNA” agentliyinə istinadən verdiyi məlumata görə, bununla bağlı Beynəlxalq Olimpiya Komitəsinə (İOC) müvafiq məktub göndərilib.
İran Olimpiya Komitəsində hesab edirlər ki, Olimpiada-2012-nin loqotipində qırıq çoxbucaqlı formasında içərisində “London” sözü yazılan, 5 olimpiya halqasının olduğu “2012” rəqəminin təsvirinə “Zion” sözü kimi də yanaşmaq olar. Onlar bu sözü sionizmlə əlaqələndiriblər. İran Olimpiya Komitəsinin rəhbəri Məhəmməd Əli Abadi və baş katib Bəhram Əfşarzadənin İOC prezidenti Jak Roggeyə ünvanladığı məktubda London olimpiadasının loqotipinə yenidən baxılması xahiş olunub. Onların fikrincə, həmin loqoya etinasız yanaşılsa, bu, idmanın gələcəyi, xüsusən 2012-ci il olimpiadası üçün dağıdıcı effekt verə bilər. Məktubda olimpiadanın əsas prinsipi kimi istənilən irqi, dini və siyasi qiymətləndirmələrin istisna olunduğu xatırlanıb: “Heç bir şübhə yoxdur ki, bu məsələyə tərəfinizdən göstərilən etinasızlıq bir sıra ölkələrin, xüsusən, dəyər və prinsiplərə sadiq qalan İranın iştirakına təsir göstərə bilər”.
Qeyd edək ki, əvvəllər təcrübəli ekspertlər 2012-ci il London Yay Olimpiya Oyunlarının embleminə xaç təsviri kimi yanaşaraq, onu bədii fiasko adlandırıblar. Bu loqotip “Wolff Olins” agentliyi tərəfindən hazırlanıb. Bəzi məlumatlara əsasən, emblemin hazırlanmasına 400 min funtdan 600 min funtadək vəsait xərclənib.

Oxşar yazılar

Mbappe və Kriştiano “Qızıl top”a əsas namizəd haqqında eyni fikirdədirlər
9 iyul 2025 , 18:21
Karlo Ançelottinin oğlu karyerasında ilk dəfə baş məşqçi oldu
9 iyul 2025 , 17:10
Boksçu döyüşdə uduzduqdan bir neçə saat sonra öldü
9 iyul 2025 , 14:15
"Real"ın təyyarəsi saatlarla aeroporta enə bilmədi
9 iyul 2025 , 10:58
Hələ avqust ayı deyil, klublar artıq yüz milyonlar xərcləyirlər: Transfer bazarına kim rəhbərlik edir?
9 iyul 2025 , 09:39
Çelsi finala çıxdı
9 iyul 2025 , 05:16
“Qalatasaray”da ayrılıq
8 iyul 2025 , 23:32